San-Marino Kapitan-Regentləri — San-Marino Respublikasının dövlət başçıları.Kapitan-Regentlər () San-Marinonun iki dövlət başçısıdır. Onlar hər altı aydan bir ölkənin qanunverici orqanı olan Böyük və Ümumi Şura tərəfindən seçilir. Normalda Kapitan-Regentlər koalisiyadakı partiyalardan seçilir və altı aylıq müddətə xidmət edirlər. Kapitan-Regentlərin səlahiyyət vaxtları hər il aprelin 1-dən oktyabrın 1-ə kimidir. Bu ənənə 1243-cü ilə aiddir. İkili hökumət başçıları praktikası (diarxiya) bilavasitə Roma Respublikasının adət-ənənələrindən irəli gəlir, bu da Qədim Roma konsullarına bərabərdir, lakin Kapitan-Regentlər icra hakimiyyətinə malik deyillər.

Seçki qaydası Kapitan-Regentlər altı ay müddətə Böyük və Ümumi Şura tərəfindən seçilir. Seçki proseduru 1600-cü il tarixli San-Marino Konstitusiyasına əsaslanan 1945-ci ildə qəbul edilmiş qanun ilə tənzimlənir. Hər iki Kapitan-Regent mütləq səs çoxluğu əldə etdikdə seçilir. Heç biri kifayət qədər səs toplamasa, ikinci səsvermə keçirilir.

Kapitan-Regentlər seçkilərdə iştirak etmək üçün aşağıdakı tələblərə cavab verməlidir:

▪ Doğuşdan vətəndaşlıq;

▪ Yaşı 25-dən aşağı olmayan;

▪ Böyük və Ümumi Şuranın seçilmiş deputatı olan;

▪ Son üç ildə Kapitan-Regent seçilməyən.

Həmçinin bax İstinadlar

Kateqoriya:1243-cü ildə yarananlar Kateqoriya:Hökumət başçıları