Dama Canet Lofland Nelson (d. 28 mart, 1942 – ö. 14 oktyabr, 2024), həmçinin Cinty Nelson kimi tanınan, Britaniya tarixçisi və London Kral Kollecinin orta əsrlər tarixi üzrə professoru idi.
Erkən həyatı və təhsili Canet Myuir 28 mart 1942-ci ildə İngiltərənin Lankaşir bölgəsində, Bləkpul şəhərində anadan olmuşdur. O, Uilyam Vilson Muyir və Elizabet Barns Myuirin (evlilikdən əvvəlki soyadı Lofland) ailəsində dünyaya göz açmışdır. Onun Kristin adlı bir bacısı var idi. Canet Muyir Kambriya bölgəsindəki Kesvik məktəbində təhsil almış, daha sonra Kembric Universitetinin Nyunhem kollecində oxumuş və 1964-cü ildə bakalavr dərəcəsi almışdır. O, professor Uolter Ullmann rəhbərliyi altında erkən orta əsrlərə aid tacqoyma mərasimləri mövzusunda doktorluq işi hazırlamış və 1967-ci ildə dissertasiyasını müdafiə etmişdir.
Karyerası Qısa müddət Xarici İşlər Nazirliyində işlədikdən sonra, Nelson 1970-ci ildə London Kral Kollecində mühazirəçi təyin edildi. 1987-ci ildə dosent, 1993-cü ildə professor, 1994-cü ildə isə Son Antik dövr və Orta Əsrlər Araşdırmaları Mərkəzinin direktoru olmuşdur. O, 2007-ci ildə təqaüdə çıxdı.
Nelson akademik fəaliyyətinin əvvəlində Ualter Ullmannın tələbəsi olsa da, 1977-ci ildə onun tədqiqatlarını tənqid edən məqalə dərc etdi. Nelson, Ullmannın Karolinq imperiyasının idarəetmə sisteminə həddən artıq rəğbətlə yanaşdığını düşünürdü. O, Ullmannın Karolinq İntibahının islahat imkanlarını şişirtdiyini hesab edirdi. Nelson öz karyerası boyunca bu mövzuya qayıtmış və Paul Furakrın sözləri ilə desək, "Karolinq düşüncəsinin ardıcıllığını başa düşsə də, onun əsasən ritorik xarakter daşıdığını" qəbul etmişdi.
1979-cu ildə Kral Tarix Cəmiyyətinin üzvü, 2001-ci ildə isə bu cəmiyyətin ilk qadın prezidenti oldu. O, 1992-ci ildə IX əsr Fransa kralı Keçəl Karl (Charles the Bald) haqqında ilk bioqrafiyasını yazmışdır. 1993–1994-cü illərdə Kilsə Tarixi Cəmiyyətinin prezidenti, 2000–2001-ci illərdə isə Britaniya Akademiyasının vitse-prezidenti oldu. 1996-cı ildə Britaniya Akademiyasının üzvü seçildi. 2013-cü ildə o, Britaniya Akademiyasının Roli Tarix Mühazirəsini vermişdir. text video Cinti Nelson Tarixdə İlhamverici Tədris və Rəhbərlik Mükafatı isə 2018-ci ilin yanvarında Kral Tarix Cəmiyyəti tərəfindən təsis edilmişdir.
Nelsonun tədqiqat sahəsi erkən orta əsrlər Avropasını, xüsusilə Anqlo-Sakson İngiltərəsini əhatə edirdi. O, krallıq, idarəçilik, siyasi ideyalar, din, rituallar, eləcə də orta əsrlərdə qadınlar və gender məsələləri ilə bağlı çoxsaylı tədqiqatlar aparmışdır. 2000–2010-cu illərdə o, Kembric Universitetindən Simon Keynes ilə birlikdə Anqlo-Sakson İngiltərəsinin şəxsi bioqrafiyalarını əhatə edən geniş bir layihəyə rəhbərlik etmişdir.
Nelson 140-dan çox elmi məqalə dərc etmişdir, bunların yarısı dörd cildlik məqalələr toplusunda toplanmışdır. O, 1991–2009-cu illərdə Rozemari Horroks ilə birlikdə Mançester Ortaəsr Mənbələri tərcümə seriyasını yaratmış və redaktə etmişdir. 2011-ci ildən etibarən Henrietta Leyser ilə birlikdə Orta əsrlər Avropasının Oksford tarixi jurnalının redaktoru olmuşdur.
Onun sonuncu kitabı "Kral və İmperator", 2019-cu ildə nəşr olunmuş və məşhur Frank hökmdarı Böyük Karlın bioqrafiyasına həsr olunmuşdur.
Şəxsi həyatı və ölümü 1965-ci ildə Nelson Kembric Universitetində tanış olduğu, Çin mədəniyyəti üzrə ixtisaslaşmış antropoloq Hovard Nelson ilə evləndi. Cütlüyün Billi və Lizzi adlı iki övladı oldu, lakin 2010-cu ildə boşandılar. Nelson ömür boyu Nüvə Silahsızlanması Kampaniyasının (Campaign for Nuclear Disarmament) üzvü və Britaniya Leyborist Partiyasının tərəfdarı olmuşdur. Son illərində Altsheymer xəstəliyindən əziyyət çəkən Nelson, 14 oktyabr 2024-cü ildə 82 yaşında vəfat etmişdir. London Kral Kolleci onun ölümü ilə bağlı başsağlığı mesajı yayımlayaraq Nelsonu "kollec və tarixi araşdırmalar sahəsində mühüm bir şəxsiyyət" kimi təsvir etmişdir.
Təltiflər və mükafatlar 2006-cı ildə Nelson Britaniya İmperiyası Ordeninin Dama Komandor dərəcəsinə layiq görülmüşdür. Bundan əlavə, müxtəlif universistetlərin fəxri doktoru ünvanının almışdır: Şərqi İngiltərə Universiteti (2004), Sent-Endryus Universiteti (2007), Belfast Kraliça Universiteti, Liverpul Universiteti (2010), Nottinqem Universiteti (2010), York Universiteti (2010)
Onun "Kral və İmperator" adlı kitabı The Daily Telegraph və BBC tərəfindən "2019-cu ilin Tarix Kitabı" seçilmişdir.
Əsərləri
Televiziyada Nelson appeared on BBC television and radio, notably as an expert on Michael Wood's 2013 BBC TV series King Alfred and the Anglo Saxons.BBC Four – King Alfred and the Anglo Saxons . Accessed 21 avqust 2013.
İstinadlar Kateqoriya:London Kral Kollecinin müəllimləri