Helen Kay Vanq (d. 1965) ingilis sinoloq və tərcüməçi. O, Londonda yerləşən Britaniya Muzeyində Şərqi Asiya pulları üzrə kurator vəzifəsində çalışır. Çin dilindən bir neçə ədəbi tərcümə dərc etdirmişdir, o cümlədən Çin uşaq ədəbiyyatına aid mükafat qazanan bir tərcüməsi də var.

Bioqrafiyası Vanq London Universiteti Şərq və Afrika Araşdırmaları Məktəbində Çin dili üzrə bakalavr dərəcəsi almışdır (1988), bu müddət ərzində o, 1984–1985-ci illərdə Pekin Dil İnstitutunda da təhsil almışdır. O, London Universitet Kollecində arxeologiya üzrə doktorluq dərəcəsini müdafiə etmişdir, onun doktorluq dissertasiyası "İpək Yolu üzərində pul: Şərqi Orta Asiya materialları əsasında təqribən eramızın 800-cü ilinə qədər" mövzusunda olmuşdur (2002).

1991-ci ildə Vanq Britaniya Muzeyinə qoşularaq, Asiya bölməsinin Pul və Medallar Departamentində Co Kribbin köməkçisi kimi işə başlamışdır. 1993-cü ildən etibarən Şərqi Asiya pulları üzrə kurator vəzifəsini icra edir. Onun əsas tədqiqat sahələri kolleksiyalar, kolleksiya tarixi və bu sahənin inkişafı, xüsusilə Şərqi Asiya numizmatikası, İpək Yolu numizmatikası, Aurel Ştayn və onun kolleksiyaları, həmçinin pul kimi istifadə edilən tekstillərdir. O, 2011-2016-cı illərdə Kral Numizmatika Cəmiyyətinin fəxri katibi, 2018-ci ildən isə Fəxri vitse-prezidenti olmuşdur. Bundan əlavə, o, Çin Numizmatika Cəmiyyətinin jurnalı olan Çjunqo Tsyanbinin《中国钱币》redaksiya heyətinin fəxri üzvüdür. 2016-cı ildə Beynəlxalq İpək Yolu Tekstili Araşdırmaları Assosiasiyasının fərdi üzvü seçilmişdir. 2017-ci ildən Çin pulları haqqında məlumat verən xüsusi veb-sayt (Chinese Money Matters) yaratmışdır.

Vanq Çinli arxeoloq Vanq Tao ilə evli olmuşdur və bu evlilikdən iki övladı var.

Ədəbi tərcümələri Vanqın ilk nəşr olunan ədəbi tərcümələri 1990-cı illərin əvvəllərində olub – o, Yu Hua, Çjan Çeçji, Ma Yuan, Du Ma və Çjan Lanqlanqın qısa hekayə və esselərini tərcümə edib.Published in Henry Y.H. Zhao (ed.), The Lost Boat: Avant-garde Fiction from China (Wellsweep Press, 1993); and Henry Y.H. Zhao and John Cayley (eds), Under-sky Underground (Wellsweep Press, London, 1994) Uzun fasilədən sonra o, 2010-cu illərdə yenidən tərcümə işinə qayıdıb və daha çox qısa hekayələr, esselər və uşaq kitabları tərcümə edib. O, həmçinin Çin bədii ədəbiyyat kitab klubu (Niki Harman ilə birlikdə), Kağız Respublika, Kitabxanalarda Qlobal Ədəbiyyat kimi layihələrlə əməkdaşlıq edir. 2016-cı ildə Gənc oxucular üçün çin kitabları qrupunu Anna Qustafsson Çen və Minjie Çen ilə birlikdə təsis edib. 2012-2015-ci illərdə Tərcüməçilər Assosiasiyasının Komitəsinin üzvü olub. O, həmçinin Çin yazıları üzrə layihə çərçivəsində keçirilən Bai Meigui Çin dili tərcümə müsabiqələrinin dördünün münsiflər heyətində yer alıb.

Mükafatları və fəxri adları

2024 — Kral Numizmatika Cəmiyyətinin medalı 2024 — Lxotka Mükafatı (Fransua Tyerri və Litse Yankovski ilə həmmüəllif olduğu Çin Numizmatikası -Çin pulları dünyası əsərinə görə) 2023 — Cırcıramanın gözləri (Tsao Vensyuan) əsərinin tərcüməsinə görə Mildred L. Betçelder mükafatı 2023 — Cırcıramanın gözləri əsəri ALSC Tanınmış uşaq kitabları siyahısına daxil edilib 2023 — Cırcıramanın gözləri Friman Gənc Yetkin/Orta Məktəb Ədəbiyyatı mükafatına layiq görülüb 2023 — Fənərlərlə Oynamaq (Van Yage, illüstrator Çju Çenlyan) əsərinin tərcüməsi 2023 Əhəmiyyətli Sosial Elmlər Kitabları siyahısına daxil edilib 2023 — Fənərlərlə Oynamaq ABŞ-ın Uşaq Kitabları üzrə Şurasının Görkəmli Beynəlxalq Kitablar Siyahısında yer alıb 2019 — Fransız Numizmatika Cəmiyyətinin Qızıl Jeton mükafatı 2019 — Bürünc və Günəbaxan əsərinin tərcüməsinə görə Kitabxanalarda Qlobal Ədəbiyyat Təşəbbüsü təşkilatının Ttərcümə olunmuş gənc yetkin kitabı mükafat üçün namizəd göstərilib 2017 — Bürünc və Günəbaxan əsərinin tərcüməsinə görə Marş Kristian tərcümə olunmuş uşaq ədəbiyyatı mükafatı" 2017 — Çin uşaq ədəbiyyatının tərcümə və təbliği üçün Çen Boçuya Beynəlxalq Uşaq ədəbiyyatı mükafatı 2017 — Bürünc və Günəbaxan əsərinin tərcüməsinə görə Kirkus mükafatı müsabiqəsinin finalçısı 2017 — Bürünc və Günəbaxan əsərinin YALSA Gənc yetkinlər üçün ən yaxşı bədii əsər mükafatına namizədliyi 2017 — Bürünc və Günəbaxan əsəri Nyu York Taymsın 2017-ci il üçün versiyasına görə məşhur uşaq kitabları siyahısında yer alıb 2017 — Bürünc və Günəbaxan əsəri Mültikultural Uşaq Ədəbiyyatının Tədqiqi Mərkəzi – 2017-ci ilin ən yaxşı kitabları siyahısına daxil edilib 2015 — Bürünc və Günəbaxan əsərinin tərcüməsi üçün English PEN tərcümədə yazıçılar qrantı

Helen Vang Çin ədəbiyyatının, xüsusilə uşaq ədəbiyyatının tərcümə və yayılması sahəsində mühüm işlər görmüş və bununla da bir sıra nüfuzlu mükafatlara layiq görülmüşdür.

Seçilmiş əsərləri (kitabları və redaktoru olduğu əsərlər)

2023 Look at the Coins! Papers in Honour of Joe Cribb on his 75th Birthday (Oxford: Archaeopress, 2023) (co-ed. with Robert Bracey) 2022 Chinese Numismatics. The World of Chinese Money (Spink, London) (with François Thierry, Lyce Jankowski and Joe Cribb) 2021 Asia Collections in Museums outside Asia: Questioning Artefacts, Cultures and Identities, Transcultural Perspectives 2020, issue 1, thematic issue in Kunsttexte. Humboldt University. Berlin. (online publication, open-access) (co-ed. with Iside Carbone) 2013 Textiles as Money on the Silk Road (co-ed. with Valerie Hansen, 2013) 2012 Sir Aurel Stein, Colleagues and Collections (ed., 2012) 2012 The Music of Ink (Saffron Books) 2010 A Catalogue of the Japanese Coin Collection (pre-Meiji) at the British Museum, with special reference to Kutsuki Masatsuna (co-ed. with Shin'ichi Sakuraki, Peter Kornicki, with Nobuhisa Furuta, Timon Screech and Joe Cribb, 2010) 2008 Chairman Mao Badges: Symbols and Slogans of the Cultural Revolution (2008) 2008 Handbook to the Collections of Sir Aurel Stein in the UK (co-ed. with John Perkins, 2008) 2007 Catalogue of the Collections of Sir Aurel Stein in the Library of the Hungarian Academy of Sciences (co-ed. with Eva Apor, 2007), and its Supplement (co-ed. with Eva Apor, 2009) 2007 Textiles from Dunhuang in UK Collections (co-ed. with Zhao Feng and others, 2007) 2004 Money on the Silk Road: The Evidence from Eastern Central Asia to c. AD 800, with a catalogue of the coins collected by Sir Aurel Stein (2004) 2004 Sir Aurel Stein in The Times (ed., 2004)

Tərcümələri

2022 Dinner for Six, by Lu Min, Nicky Harman ilə birlikdə (Balestier Press, 2022) -- 鲁敏:《六人晚餐》 2021 Dragonfly Eyes, by Cao Wenxuan (Walker Books, 2021) -- 曹文轩:《蜻蜓眼》 2017 The Ventriloquist's Daughter, by Lin Man-Chiu (Balestier Press, 2017) -- 林满秋:《腹语师的女儿》 2015 Bronze and Sunflower, by Cao Wenxuan (Walker Books, UK, 2015; Candlewick Press, USA, 2016) -- 曹文轩:《青铜葵花》 2012 Jackal and Wolf, by Shen Shixi (Egmont, UK, 2012) -- 沈石溪:《红豺》

İstinadlar Kateqoriya:İngiltərə tərcüməçiləri