Həsən Şeyx Mohamud, ( Somali: Xasan Sheekh Maxamuud - ərəb: الشيخ حسن محمود , 29 noyabr 1955-ci ildə anadan olub) Somali Respublikasının prezidenti, dövlət xadimi və alimi. 2012-ci ildən 2017-ci ilədək və daha sonra 2022-ci ildən etibarən Somali Respublikasının prezidenti vəzifəsini icra etmişdir.
Həyatı Həsən Şeyx Mahmud, 1955-ci ildə Somali Respublikasının Calalaqsi şəhərində anadan olmuşdur. O, əvvəlcə Somali Milli Universitetində təhsil almış və 1981-ci ildə burada bakalavr dərəcəsi əldə etmişdir. Daha sonra Hindistanın Bhopal Universitetində təhsilini davam etdirərək texniki təlim üzrə magistr dərəcəsi qazanmışdır. Somalidə təhsilini başa vurduqdan sonra, Həsən Şeyx Mahmud Lafole Texniki Məktəbində müəllim kimi fəaliyyət göstərmişdir. 1984-cü ildən etibarən Somali İdarəetmə və İdarəçilik İnstitutunun dekanı olmuşdur.
Karyerası
Həsən Şeyx Mahmudun siyasi fəaliyyətinin başlanğıcı 2011-ci ilə təsadüf edir. Bu il, o, Sülh və İnkişaf Partiyasını (PDP) qurmuş və partiyanın prezidenti seçilmişdir. 2012-ci ilin sentyabr ayında Somali Federal Parlamentinin seçkiləri nəticəsində Həsən Şeyx Mahmud Somali Respublikasının prezidenti seçilmişdir.
Ailəsi Ailəlidir və 7 övladı var. Somali və ingilis dillərində danışa bilir. Mükafatlar 2013-cü ilin aprelində o, Time jurnalının illik siyahısında dünyanın 100 ən nüfuzlu adamından biri seçildi.
Mənbə
Kateqoriya:Somali prezidentləri Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Somalidə doğulanlar Kateqoriya:1955-ci ildə doğulanlar Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri