Atıcı () — Stiven Hanterin yazdığı "Snayper" romanı əsasında rejissor Antuan Fukuanın 2007-ci ildə çəkmiş olduğu Amerika filmidir.
Süjet xətti Filmin baş qəhrəmanı Bob Li Sueqqer dəniz qoşunlarının giziridir. Dünyada uzaq məsafədən istənilən hədəfi vura bilən yeganə snayperdir. Baş qəhrəman münzəvi həyat tərzi sürərək hər kəsdən uzaqda dağlardakı evində gizlənir. Bobbi heç ağlına gətirə bilməzdi ki, prezidentə hazırlanan sui-qəsddə onun adı hallanacaq. Deməli Bobun həyatını təhlükə altına atmaq və onu hökumətə təslim etmək istəyənlər varmış. Onun qarşısında bir tapşırıq var, qısa zamanda əsl qatili ifşa etmək.
Rollarda Mark Uolberq — Bob Li Sueqqer Maykl Penya— Nikolas (Nik) Memfis Denni Qlover— polkovnik Ayzek Conson Keyt Mara— Sara Fenn Elias Koteas— Cek Peyn Rade Şerbedciya— Maykl Sandor / Mixaylo Şerbak Ned Bitti— senator Çarlz F. Miçam Rona Mitra— Aludres Qalindo Conatan Lloyd Uoker— Brent Dobbler Luis Ferreyra — Hovard Parnell Teyt Donovan— Rass Törner Levon Helm— mister Reyt Maykl Dopud— muzdlu əsgərlərin komandiri Zak Santyaqo — agent Brayan Markinson — ABŞ-nin baş prokuroru Rassert Maykl St. Con Smit — FTB direktoru Brandt Din Makkenzi — arxiyepiskop Desmond Mutumbo Tom Batler — ABŞ prezidenti
Musiqi Filmin musiqisini Mark Mançina bəstələmişdir. Filmin saundtreki isə Lakeshore Records tərəfindən 27 mart 2007-ci ildə buraxılmışdır. Otis Taylorun "Horrible Letter" mahnısı filmin sonunda və titrlərdə eşidilir.
Büdcə və gəlir Film 61 milyon dollar təşkil etmiş istehsal büdcəsinə qarşı ABŞ və Kanadada 47 milyon dollar, dünya miqyasında isə 95,7 milyon dollar gəlir əldə etmişdir.
TV adaptasiyası 2016–2018-ci illər arasında USA Network bu film və eyniadlı kitab əsasında eyniadlı serial yayımlanmışdır. Filmin prodüseri Mark Uolberq, baş rol ifaçısı isə Rayan Fillippedir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2000-ci illərin filmləri Kateqoriya:2000-ci illərin macəra filmləri Kateqoriya:2007-ci ilin filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:2000-ci illərin ABŞ filmləri Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:İngilis dilində döyüş filmləri Kateqoriya:ABŞ-nin macəra filmləri Kateqoriya:Rejissor Antuan Fukuanın filmləri Kateqoriya:Lorenzo di Bonaventuranın prodüseri olduğu filmlər Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:Mark Mançinanın bəstəkarı olduğu filmlər Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:ABŞ-nin siyasi triller filmləri Kateqoriya:ABŞ-nin viqilante filmləri Kateqoriya:2000-ci illərin döyüş-triller filmləri Kateqoriya:Montana haqqında filmlər Kateqoriya:Televiziya şoularına adaptasiya edilmiş filmlər Kateqoriya:Siyasi döyüş filmləri Kateqoriya:2007-ci ilin döyüş-triller filmləri Kateqoriya:Döyüş-triller filmləri Kateqoriya:Di Bonaventura Pictures filmləri Kateqoriya:FTB haqqında filmlər Kateqoriya:Uydurmada Filadelfiya Polis İdarəsi Kateqoriya:İntiqam haqqında ABŞ filmləri Kateqoriya:Sui-qəsdlər haqqında filmlər Kateqoriya:Snayperlər haqqında filmlər Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Filadelfiya haqqında filmlər Kateqoriya:Filadelfiyada çəkilmiş filmlər Kateqoriya:Eritreyada çəkilmiş filmlər Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:2000-ci illərin siyasi döyüş filmləri Kateqoriya:2007-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin detektiv filmləri Kateqoriya:Triller dram filmləri