Başkənd (əvvəlki adı: Disər) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikasının inzibati — ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd inzibati ərazi dairəsi tərkibindəki Disər kəndi Başkənd adlandırılmışdır.
Toponimikası və tarixi Vənənd çayı sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Kəndin adı onun ş.-ində bir-birinə yaxın 300 m. hündürlükdə olan və Disər adlanan iki kiçik dağın adından yaranmışdır. Oronim isə İran dillərindəki dildə (iki) və sər (baş, zirvə) sözlərindən düzəlib, "iki baş, iki zirvə" deməkdir. 2003-cü ildən Başkənd adlandırılmışdır. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007,304 səh.
Əhalisi Əhalisi 427 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.
Həmçinin bax Ordubad rayonu
İstinadlar
Kateqoriya:Ordubad rayonunun kəndləri