thumb|300px|right|Yəhudilərə məlum olan dünya. 1854-cü ildə konstruksiya edilmişdir.
Dodanim (, ) və ya Rodanim (, ; , ) — "Yaradılış kitabı"nda "millətlər masası"na görə, İavanın oğluДоданим // Еврейская энциклопедия Брокгауза и Ефрона. — СПб., 1908–1913 və beləliklə, Nuhun nəticəsi. "Yaradılış kitabı"nın 10:4-cü ayəsinə görə, Dodanimin qardaşları Elisa, Farsis və Kittim idi. O, adətən Rodos adasının xalqının əcdadı kimi əlaqələndirilir, lakin sözügedən toponim və ya etnonimin lokalizasiyası barədə çoxlu nəzəriyyələr mövcuddur.E. Robertson: Notes on Javan. In: The Jewish Quarterly Review 20/3, 1908, S. 473
Etimologiyası Ənənəvi ivritdilli əlyazmalarında Dodanim və Rodanim yazımları arasında bölünmə var. Tarixçilərə görə, bunlardan biri, ehtimal ki, köçürənin səhvidir, çünki ivrit dilində R və D hərfləri (müvafiq olaraq ר və ד kimi işarələnir) qrafik olaraq çox oxşardır.Biblica Hebraica by Rudolf Kittel (1905) "Samiri tövratı" və "I dalnamələr kitabı"nın 1:7-ci ayəsində Rodanim yazılır, "Septuaginta" isə Rodioi adını verir. Dodanimlər ya yunanlarla qohum hesab olunur,The Bible Knowledge Commentary: Old Testament ya da sadəcə yunanlar kimi qəbul edilirdi.The western paradise: Greek and Hebrew traditions by James E. Miller, 1996, "The four sons of Javan, Kittim, Elisha, Tarshish and Dodanim, do not divide the Greeks along the lines they divided themselves,"
Kennet Kitçen iki əlavə mümkün etimologiyanı müzakirə edir. Onun təklif etdiyi bir ehtimala görə, həm Dodanim, həm də Rodanim adı orijinal Dordanimdən qısaldılmışdır. Bu, "Yaradılış Kitabı"nın 10:4-cü bölməsində orta "r" hərfinin itirilməsi (Dordanim > Dodanim) və "I Salnamələr Kitabı"nın 1:7-ci bölməsində başlanğıc "d" hərfinin itirilməsi (<Do>rdanim > Rodanim) ilə baş vermişdir. Dardanayu III Amenofis dövründə Egey adlarının Misirdə qeydə alınan siyahısında və e.ə. 1275-ci ildə Kadeş döyüşündə II Ramzesə qarşı het ittifaqçıları arasında qeyd olunur. O həmçinin, Dodanim adının Amarna məktublarında xatırlanan və mənşəyi ilə şəxsiyyəti hələ də "xeyli şübhə" ilə əhatə olunmuş qədim Yaxın Şərq xalqı Danunim adının dəyişdirilmiş forması ola biləcəyini təklif edir.
Bundan başqa, ivrit dilində "-im" çoxluq şəkilçisidir və bu ad Rodos sakinlərinə aid edilir.The International Standard Bible Encyclopedia
İstifadəsi Dodanim Homer tərəfindən xatırlanır.Homer: İliada II 654. ff. Yerusəlimli Tarqum öz ölkəsini Dordaniya adlandırır, Tarqum Neofiti isə Dodoniya olaraq adlandırır. İosif Flavi Dodanim adını Kiprdə yerləşən Kittim ilə eyniləşdirir.Flavius Josephus, Epiphanius von Salamis, Adversus haereses 30, 25
Epir regionunda yerləşən Dodona,Spicilegium geographiae Hebraeorum exterae. Göttingen 1769/1780 İlliriyadakı Dardaniya ("Yaradılışı Rabba"da olduğu kimi),Barnes' Notes on the Bible Gen. 10:4 Dardanel boğazı ətrafında yaşayan dardanlar,Роданим // Еврейская энциклопедия Брокгауза и Ефрона. — СПб., 1908–1913Die Phoenizische Sprache, Entwurf einer Grammatik nebst Sprach- und Schriftprobe, Halle 1869, 99Die Völkertafel der Genesis Ethnographische Untersuchungen, Gießen 1850, 104f. qədim Yunanıstanı fəth etmiş dorilərAlt-Orientalische Forschungen 11, 422 ff və Rodos adasıClarke's Commentary on the Bible Gen 10:4 ilə əlaqələr təklif edilmişdir. Samuil Boxart Rodanim formasını Rona çayının latın dilindəki adı olan Rodana ilə əlaqələndirmişdir.Geographia sacra seu Phaleg et Chanaan. Caen 1646 / Frankfurt 1681 Frans Deliç Dodanim şəxsiyyətini qədim yunan mifologiyasındakı Dardan ilə eyniləşdirmişdir,Keil and Delitzsch Biblical Commentary on the Old Testament Gen 10:4 Cozef Mid isə onu Dodonada kahinliyi olan Yupiter Dodoney ilə bərabər tutmuşdur.Gill's Exposition of the Entire Bible, Gen 10:4 Bəziləri "Dedanim" adını Dəniz xalqlarından biri olan danaylılar, Levantın daniyayum xalqı və Kipr adası üçün assuriyalıların istifadə etdiyi "İdanana" adı ilə əlaqələndirir.אהרן דמסקי, עולם התנ"ך בראשית, תל אביב, 1993, עמ' 74
Təxminən b.e. 70-ci illərdə yaşamış Psevdo-Filonun yazılarında Dodanimin oğulları İfev, Baat və Fenexdir. Bunlardan sonuncusu Babil qülləsi dövründə yafəti xalqların şahzadəsi təyin edilmişdir.Philo V:1 "Then came the sons of Cham, and made Nembroth a prince over themselves: but the sons of Japheth made Phenech their chief: and the sons of Sem gathered together and set over them Jectan to be their prince.", Philo VI:14
İstinadlar
Kateqoriya:Tövratda xatırlananlar Kateqoriya:Yəhudi Bibliyası xalqları Kateqoriya:Qədim yəhudi-yunan tarixi