Hacı Məcid Əfəndi məscidi — 1866-cı ildə tikilmiş tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın İsmayıllı rayonunun Diyallı kəndində yerləşir.
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında Məscidi XIX əsrin sonunda Hacı Məcid Əfəndi tərəfindən Diyallı kəndində tikilib. Hacı Məcid Əfəndi 1829-cu ildə Diyallı kəndində anadan olub. İstanbulda, Bağdadda və Tiranada dini təhsil alıb. Geri qayıtdıqdan sonra Şamaxı Cümə məscidinin baş imamı, Şamaxı qəza qazisi, Bakı Quberniya Müsəlman Məclisinin sədri olub.
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Hacı Məcid Əfəndi məscidi də bu dövrdə fəaliyyətini dayandırıb.
Müstəqillikdən sonra Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Sonrakı illərdə baş vermiş torpaq sürüşmələri və baxımsızlıq nəticəsində məscid qəzalı vəziyyətə düşüb.
Şəkilləri
Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı
İstinadlar
Ədəbiyyat
Kateqoriya:İsmayıllı rayonunun məscidləri Kateqoriya:XIX əsr məscidləri Kateqoriya:İsmayıllı rayonunun abidələri