Uran planeti — Günəşə yaxınlığına görə yeddinci planet. Günəş sistemində radiusuna görə üçüncü, kütləsinə görə dördüncü ən böyük planetdir. Uranın tərkibi Neptunun tərkibi ilə eynidir, hər ikisində də eyni kimyəvi elementlər mövcuddur, bu tərkib hissələri onları böyük qaz nəhəngləri olan Yupiter və Saturndan fərqləndirir. Bu səbəblə, alimlər Uran və Neptunu qaz nəhənglərindən ayırmaq üçün onları "buz nəhəngləri" kimi təsnif edirlər. Uranın atmosferinin əsasən hidrogen və helium tərkibi ilə Saturn və Yupiterin atmosferinə oxşarlığına baxmayaraq, ammonyak, metan və başqa hidrokarbonlarla birlikdə tərkibində daha çox buz mövcuddur. Uran minumum 49 K (−224 °C; −371 °F) temperatur ilə Günəş sistemində ən soyuq atmosferə sahibdir. Uran kompleks təbəqəli bulud strukturuna malikdir. Ən aşağı təbəqədəki buludlarda su, ən üst təbəqədəki buludlarda isə metan olduğu düşünülür. Uranın daxili əsasən buz və qayalıqdan ibarətdir.

Digər nəhəng planetlər kimi Uranın halqa sistemi, maqnitosferi və çoxlu sayda peyki vardır. Uran sisteminin digər planetlərdən fərqləndirən özünəməxsus konfiqurasiyası var. Onun fırlanma oxu yana əyilmiş şəkildədir və buna görə də, digər planetlərin ekvatorları olan bölgə onun şimal və cənub qütbləridir. 1986-cı ildə Voyager 2-dən gələn görüntülər Uranı görünən işıqda digər nəhəng planetlərlə əlaqəli bulud qrupları və ya tufanları olmayan xüsusiyyətsiz planet kimi göstərdi. Yerdən həyata keçirilən müşahidələr 2007-ci ildə Uran özünün ekinoksuna yaxınlaşdığı zaman onda mövsümi dəyişikliklər və hava aktivliyi olduğunu göstərdi. Uranda küləyin sürəti saniyədə 250 metrə çatır (900 km/saat).

Uran yeganə planetdir ki, adı birbaşa, yunan mifologiyasındakı yunan səma tanrısının latın versiyası olan Ūranus dan gəlir.

Tarixi Beş klassik planet kimi adi gözlə görülə bilməsinə baxmayaraq, sönüklüyü və yavaş orbitə sahib olmasına görə qədim müşahidəçiləri tərəfindən planet hesab edilməyib. Vilyam Herşel Uranın 1781-ci ilin mart ayındakı kəşfini elan etmiş və tarixdə birinci dəfə Günəş sisteminin sərhədləri genişləndirilmişdir. Uran, həmçinin, teleskopla kəşf edilən ilk planet idi.

Kəşfi thumb|left|upright|Vilyam Herşel upright=0.85|left|thumb|Herşelin Uranı kəşf etmək üçün istifadə etdiyi teleskopun kopiyası Uranı 1781-ci ildə Vilyam Herşel kəşf etdi. Uran planet olaraq hesab edilməmişdən əvvəl bir neçə dəfə müşahidə edilmişdir, ancaq çoxu onun ulduz olduğunu zənn etmişdir. Məlum olan ən əvvəlki müşahidə, b.e.ə 128-ci ildə Hipparx tərəfindən həyata keçirilmişdir. O, Uranı ulduz olaraq qeydə alıb özünün ulduz kataloquna yerləşdirmişdir, sonralar bu, Ptolemeyin Almeqestinə əlavə edilmişdir. Ən erkən nişanlama 1690-cı ildə oldu, Con Flemstid onu ən azı altı dəfə müşahidə edərək Tauri 34 olaraq kataloqlamışdır. Fransız astronom Pier Moniyer Uranı 1750–1769-cu illər arası an azı 12 dəfə müşahidə etmişdir.

Vilyam Herşel 13 mart 1781-ci ildə Uranı İngiltərədə Batdaki Nyu King küçəsindəki evinin bağından müşahidə etdi(indiki Herşel Astronomiya Müzeyi) və başlanğıcda, onu kometa olaraq elan etdi (26 aprel 1781-ci il). Herşel özünün dizayn etdiyi teleskopu istifadə edərək "hərəkətsiz ulduzların paralaksının bir sıra müşahidəsi ilə məşğul idi".Journal of the Royal Society and Royal Astronomical Society 1, 30, quoted in Miner, p. 8.

Herşel öz jurnalında yazmışdı: "ζ Tauri yaxınlığında yerləşən dumanvari ulduz və ya bir komet".Royal Astronomical Society MSS W.2/1.2, 23; quoted in Miner p. 8. 17 mart tarixində o, belə bir qeyd aldı: "Mən kometa və ya dumanvari ulduz axtarırdım və onun kometa olduğu aşkar olundu ona görə ki, o mövqeyini dəyişirdi."RAS MSS Herschel W.2/1.2, 24, quoted in Miner p. 8. Herşel kəşfini Kral Cəmiyyətinə təqdim edəndə komet kəşf etdiyini təsdiqləməyə dəvam etdi, həmçinin onu bir planet ilə də müqayisə etdi:

Herşel kəşfini Krallıq Astronomu Nevil Maskeliyana bildirdi və 1781-ci ilin 23 aprel tarixində bu cavabı aldı:

Herşel kəşf etdiyi obyekti komet olaraq xarakterizə etməyə dəvam etsə də, digər astronomlar başqa cür şübhələnməyə başlamışdılar. İlk dəfə obyektin orbitini Rusiyada fəaliyyət göstərən fin-isveç astronomu Anders Cohan Leksel hesabladı. Obyektin təxminən dairəvi olan orbitə sahib olması belə bir mülahizə ortaya çıxardırdı ki, o komet deyil bir planetdir. Berlinli astronom İyohan Elert BodeHerşelin kəşfini "indiyə kimi hərəkətli ulduz sayılan Saturnun orbitinin arxa tərəfində dövrə vuran naməlum obyekt " olaraq təsvir etdi.Johann Elert Bode, Berliner Astronomisches Jahrbuch, p. 210, 1781, quoted in Miner, p. 11. Bode təxminən dairəvi olan orbitin komet orbitindən çox planet orbitinə oxşar olduğu qənaətinə gəldi.Miner, p. 11. Obyekt tezliklə universal şəkildə yeni bir planet olaraq qəbul edildi. 1783-cü ildə Herşel bu faktı Kral Cəmiyyətinin prezidenti Cozef Banksa tanıtdı: Avropanın nüfuzlu astronomları tərəfindən həyata keçirilmiş müşahidələrdən belə görünür ki, 1781-ci ilin mart ayında kəşf etmə şərəfi mənə düşən bu yeni ulduz bizim Günəş sistemimizin əsas planetidir. Onun bu nailiyyətinə görə Kral III Corc Herşelə illik 200 £ stipendiya təşkil etdi.

''''''' Adı Maskelyan Herşeldən xahiş etdi: astronomiya aləmi üçün yaxşılıq et və planetinə ad qoy. Bu planet tamami ilə sənindir və bu kəşfinə görə sənə çox borcluyuq.RAS MSS Herschel W.1/12. M, 20, quoted in Miner, p. 12 Maskelyanın xahişinə cavab olaraq Herşel Kral III Corcun şərəfinə obyekti Georgium Sidus (Corcun ulduzu) və ya Corcun Planeti olaraq adlandırmağa qərar verdi. Bu qərarını Cosef Banksa yazdığı bir məktubda izah etdi:

Herşelin təklif etdiyi ad Britaniya xaricində populyarlıqla qarşılanmadı və alternativlər tezliklə irəli sürüldü. Cerom Laland təklif etdi ki, planet onu kəşf edənin şərəfinə Herşel adlandırılsın. Erik Prosperin Neptun adını təklif etdi. Bu təklif ABŞ istiqlal müharibəsi dövründə Krallıq donanmasının qələbələrini yeni planeti Neptun III Corc və ya Neptun Böyük Britaniya adlandıraraq qeyd etmək fikrini bəyənən digər astronomlar tərəfindən dəstəkləndi. Bode yunan tanrısı olan Uranusun latınlaşdırılmış versiyası olan Uran adını təklif etdi.: [In original German]: "Bereits in der am 12ten März 1782 bei der hiesigen naturforschenden Gesellschaft vorgelesenen Abhandlung, habe ich den Namen des Vaters vom Saturn, nemlich Uranos, oder wie er mit der lateinischen Endung gewöhnlicher ist, Uranus vorgeschlagen, und habe seit dem das Vergnügen gehabt, daß verschiedene Astronomen und Mathematiker in ihren Schriften oder in Briefen an mich, diese Benennung aufgenommen oder gebilligt. Meines Erachtens muß man bei dieser Wahl die Mythologie befolgen, aus welcher die uralten Namen der übrigen Planeten entlehnen worden; denn in der Reihe der bisher bekannten, würde der von einer merkwürdigen Person oder Begebenheit der neuern Zeit wahrgenommene Name eines Planeten sehr auffallen. Diodor von Cicilien erzahlt die Geschichte der Atlanten, eines uralten Volks, welches eine der fruchtbarsten Gegenden in Africa bewohnte, und die Meeresküsten seines Landes als das Vaterland der Götter ansah. Uranus war ihr, erster König, Stifter ihres gesitteter Lebens und Erfinder vieler nützlichen Künste. Zugleich wird er auch als ein fleißiger und geschickter Himmelsforscher des Alterthums beschrieben… Noch mehr: Uranus war der Vater des Saturns und des Atlas, so wie der erstere der Vater des Jupiters."; [Translated]: "Already in the pre-read at the local Natural History Society on 12th March 1782 treatise, I have the father's name from Saturn, namely Uranos, or as it is usually with the Latin suffix, proposed Uranus, and have since had the pleasure that various astronomers and mathematicians, cited in their writings or letters to me approving this designation. In my view, it is necessary to follow the mythology in this election, which had been borrowed from the ancient name of the other planets; because in the series of previously known, perceived by a strange person or event of modern times name of a planet would very noticeable. Diodorus of Cilicia tells the story of Atlas, an ancient people that inhabited one of the most fertile areas in Africa, and looked at the sea shores of his country as the homeland of the gods. Uranus was her first king, founder of their civilized life and inventor of many useful arts. At the same time he is also described as a diligent and skilful astronomers of antiquity … even more: Uranus was the father of Saturn and the Atlas, as the former is the father of Jupiter." Bode adın digər planetlərdən fərqli görünməməsi üçün mifologiyanı izlənməsini və necə ki, Saturn Yupiterin atası idisə, yeni planetə Yupiterin atası olan Uran adının qoyulmasını daha uyğun hesab etdi. 1789-cu ildə Bodenin Krallık Cəmiyyəti həmkarı Martin Klaprot kəşf etdiyi yeni elementə Bodenin təklifinə dəstək olmaq üçün uranium adını verdi. Nəticədə, Bodenin təklif etdiyi ad geniş şəkildə istifadə olunmağa başladı və Georgium Sidus adından Uran adına keçirilərək 1850-ci ildə üniversal oldu.

Mifalogiyaya əsasən, Uran (qədim yunanca: Οὐρανός; latınca: Ūranus) yunan tanrıları olan Kronun (Saturn) atası, Zevsin (Yupiter) babasıdır. Uran yeganə planetdir ki, adı birbaşa yunan tanrılarından gəlir.

Uranın iki astronomik simvolu var. Birinci simvol ♅, 1784-cü ildə Lanad tərəfindən təklif edildi. Lanad Herşelə göndərdiyi məktubda bu simvolu belə təsvir etmişdi: "un globe surmonté par la première lettre de votre nom" ("göy cismi hansı ki, sizin adınızın baş hərfi ilə üst-üstə düşür). Sonraki təklif edilmiş simvol ⛢ Mars və Günəşin simvollarının hibrididir və belə hesab edilirdi ki, Uran yunan mifologiyasında səma tanrısı olduğundan, Mars və Günəşin birləşdirilmiş gücü ilə dominantlıq edir. Çin, yapon, koreya və vyetnam dilində onun adı bir başa "səma kral ulduzu" (天王星) olaraq tərcümə edilir.

'

Orbit və fırlanması 300px|thumb|right|Uranın Günəş ətrfında hərəkətini göstərən animasiya. thumb|1998-ci il yalançı rənglərlə qurulmuş infraqırmızıya yaxın diapozonda Uranın şəkli, şəkildə Uranın bulud qrupları, halqaları və təbbi peykləri görünür. Şəkil Habbl teleskopu ilə NICMOS kamerası vasitəsilə çəkilmişdir

Uran Günəş ətrafında dövrünü 84 ildə tamamlayır. Günəşdən orta məsafəsi təxminən 20 a.v.-dir (3 milyard km; 2 milyard mil). Günəşdən minimum və maksimum məsafə arasındakı fərq, 1.8 a.v.-dir, bu fərq digər planetlərə nəzərən daha böyükdür, amma orbit cırtdan planet olan Plutonun orpiti qədər geniş deyildir.Jean Meeus, Astronomical Algorithms (Richmond, VA: Willmann-Bell, 1998) p 271. From the 1841 aphelion to the 2092 one, perihelia are always 18.28 and aphelia always 20.10 astronomical units Günəş işığının intensivliyi məsafə kvadratına tərs mütənasib olaraq dəyişir (Uran yerə nisbətən günəşdən 20 dəfə uzaqdır) buna görə də, Uranda Günəş şüalarının intensivliyi yerdəkindən 400 dəfə azdır. Uranın orbital elementləri ilk dəfə 1783-cü ildə Pyer Simon Laplas tərəfindən hesablandı. Sonralar müşahidə edilən orbitlə nəzəri olaraq təxmin edilən orbit arasında uyğunsuzluqlar ortaya çıxdı. 1841-ci ildə Con Kauç Adams ilk dəfə belə bir fikir irəli sürdü ki, bu fərqliliklər hansısa görünməyən planetlə olan qravitasiya qarşılıqlı təsiri nəticəsində meydana gəlir. 1845-ci ildə Urban Leverye Uranın orbitini müstəqil olaraq tədqiq etməyə başladı. 1846-cı ilin 23 sentyabr tarixində İohann Qotfrid Qal, Veriyerin təxmin etdiyi mövqedə bir planet müəyyən etdi. Sonradan bu planet Neptun olaraq adlandırıldı.

Uranın daxili hissələrinin fırlanma periyodu saat oxları istiqamətində 17 saat 14 dəqiqə təşkil edir. Bütün nəhəng planetlər kimi, Uranın üst atmosferində fırlanma istiqamətində güclü küləklər hökm sürür. Bəzi en dairələrində məsələn 60 dərəcə cənubda atmosferin görünən xüsusiyyətləri sürətlə yerini dəyişir, nəticədə, tam fırlanma 14 saatdan az müddətdə tamamlanır.

Ox əyriliyi