Apokaliptisizm və ya qiyamətçilik — insanın öz həyatı boyu dünyanın sonunun yaxında olması haqqında olan inamdır. Bu inam əsasən hər hansısa bir fəlakətli qlobal hadisəyə görə sivilizasiyanın tezliklə təlatümlü bir formada başa çatması fikri ilə müşayiət olunur.
Bu baxışların və hərəkatların dini versiyaları bir çox zaman Allahın tarixə qəfil, dramatik və fəlakətli bir formada müdaxiləsi haqqında şifrələnmiş vəhylərə diqqət yetirir: bəşəriyyətin mühakimə edilməsi, sadiq seçilmişlərin xilası və seçilmişlərin yenilənmiş göydə və yerdə Allahla bərabər olan son hakimiyyəti."Apocalypticism ." In James Crossley and Alastair Lockhart (eds.) Critical Dictionary of Apocalyptic and Millenarian Movements. 2021 Əvvəlcə Zərdüştçülükdə meydana çıxmış apokaliptisizm İudaizm, xristian və müsəlman esxatoloji doktrinalarında daha dolğun bir formada təkmilləşdirilmişdir.
Apokaliptisizm müntəzəm olaraq ezoterik biliklərin tarixin gedişatını dəyişdirmək üçün müəyyən olunmuş xeyir və şər qüvvələri arasında baş verməli olan böyük bir qarşıdurmada ortaya çıxacağı inamı ilə birləşdirilir.Paul O. Ingram, Frederick John Streng. Buddhist-Christian Dialogue: Mutual Renewal and Transformation. University of Hawaii Press, 1986. ss. 148–149. Apokalipsis onları təbliğ edən müəyyən din və ya inanc sistemindən asılı olaraq yaxşı, pis, qeyri-müəyyən və ya neytral olaraq qiymətləndirilə bilər. Lakin bu, sadəcə olaraq dini bir fikir deyildir və müasir elm, texnologiya, siyasi diskurs və konspirasiya nəzəriyyələrinə əsaslanaraq hazırlanmış başa çatma dövrləri və ya keçid ssenariləri mövcuddur.
İstinadlar
Kateqoriya:Apokaliptisizm Kateqoriya:Dini terminologiya Kateqoriya:Xristian terminologiyası