Nurlan Cumaqulu oğlu Bətpenov (; ) — qazaxıstanlı alim, travmatoloq-ortoped, tibb elmləri doktoru (1997), professor, Qazaxıstan Milli Elmlər Akademiyasının üzvü. O, Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyinin Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutunun (2001-ci ildən) qurucusu və ilk direktoru, həmçinin Qazaxıstan Travmatoloq-Ortopedlər Assosiasiyasının prezidenti olmuşdur.
Həyatı Nurlan Cumaqulu oğlu Bətpenov 29 avqust 1949-cu ildə Qazaxıstanın Molotov rayonunun Balkaşino kəndində anadan olub. 1952-ci ildə valideynləri ilə birlikdə Akkol şəhərinə köçüb, 2 nömrəli Akkol şəhər orta məktəbində təhsil alıb. O, 1972-ci ildə Tselinoqrad Dövlət Tibb İnstitutundan məzun olub və daha sonra Tselinoqrad vilayət kliniki xəstəxanasının travmatologiya və ortopediya şöbəsində həkim-ordinator kimi fəaliyyət göstərib.БАТПЕНОВ Нурлан Джумагулович — Доктор медицинских наук, профессор.
Bətpenov Moskvadakı N. N. Priorov adına Travmatologiya və Ortopediya Mərkəzi İnstitutunun aspiranturasında "Çoxsaylı və kombinəolunmuş travmalar zamanı qollarda diafizar və metafizar sınıqların müalicəsi" mövzusunda namizədlik dissertasiyası, daha sonra 1996-cı ildə "Böyük oynaqlarda deformasiyalı artrozdan əziyyət çəkən xəstələrdə davamlı remissiya şəraitində müalicə sisteminin işlənməsi" mövsusunda doktorluq dissertasiyasını müdafiə edib.
O, 1972–1976-cı illərdə Tselinoqrad vilayət kliniki xəstəxanasının travmatologiya və ortopediya şöbəsində ordinator-həkim, 1976–1991-ci illərdə isə Tselinoqrad Dövlət Tibb İnstitutunun (daha sonra Akmola Tibb Akademiyası adlanıb) travmatologiya, ortopediya və hərbi sahə cərrahiyyəsi kafedrasının assistenti kimi fəaliyyət göstərib. 1991–1998-ci illərdə Akmola Tibb Akademiyasının iqtisadi məsələlər üzrə prorektoru, 1998–2001-ci illərdə isə tədris və iqtisadi işlər üzrə birinci prorektoru olub.
Nurlan Bətpenov 9 fevral 2001-ci ildən etibarən Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyinin Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutunun direktoru olub. O, 2002-ci ildən təsisçisi olduğu "Travmatologiya və ortopediya" () jurnalının baş redaktoru, həmçinin Beynəlxalq Neyrocərrahiyyə, Ortopediya və Travmatologiya Cəmiyyətinin () üzvüdür.
Nurlan Bətpenov 15 iyul 2020-ci ildə Astanada vəfat etmiş və Astana şəhər qəbiristanlığında (müsəlmanlar üçün ayrılmış sahədə) dəfn olunmuşdur.
Elmi fəaliyyəti Professor Nurlan Bətpenovun 770-dən çox çap olunmuş elmi əsəri var və bunlara 12 monoqrafiya, "Sümük çanağının ümumi endoprotezləşmə sistemi" adlı üç dildə hazırlanmış kataloq, 32 tədris və metodik vəsait, 60-dan çox müəlliflik şəhadətnaməsi və patent daxildir. Onun rəhbərliyi ilə 6 doktorluq və 20 namizədlik dissertasiyası müdafiə olunub.
Onun hazırladığı "Kaз НИИТО" adlı yeni çanaq endoprotezi modeli hal-hazırda Almaniyada istehsal olunur və Qazaxıstanda Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutunda və tibbi təşkilatlarda aktiv şəkildə istifadə olunur.
Xatirəsi 3 noyabr 2022-ci ildə Astana şəhərində Nurlan Bətpenovun xatirə büstünün açılışı olub.
Təltif və fəxri adları
Fəxri adları Qazaxıstanın əməkdar xadimi Akkol rayonunun fəxri vətəndaşı (2015)
Dövlət ordenləri və medalları Əl-Fərabi adına Qazaxıstan Respublikasının Dövlət Mükafatı (2015) "Parasat" ordeni (15 dekabr 2015-ci il) "Kurmet" ordeni (15 dekabr 2011-ci il) "Əməkdə fərqlənməyə görə" medalı (Qazaxıstan). "Qazaxıstanın müstəqilliyinin 10 illiyi" yubiley medalı (2001) "Astana şəhərinin 10 illiyi" yubiley medalı (2008) "Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi" yubiley medalı (2011) "Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyi" yubiley medalı (2016) "Nur Otan" partiyasının "Fəal fəaliyyətinə görə" medalı SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalı. "SSRİ ixtiraçısı" döş nişanı Qazaxıstan Respublikasınnı Milli Tibb Assosiasiyasının "Altın Dəricər" döş nişanı
İstinadlar
Kateqoriya:Qazaxıstan alimləri Kateqoriya:Qazaxıstan həkimləri Kateqoriya:Travmatoloqlar Kateqoriya:Ortopedlər Kateqoriya:SSRİ həkimləri