II Ranuççio Farneze (; ) — 6-cı Kastro, Parma və Piaçensa hersoqu.

Həyatı 17 sentyabr 1630-cu ildə Parmada dünyaya gəldi. Atası Parma hersoqu Odoardo Farneze, anası isə Toskana hersoqu II Ferdinandın bacısı Marqarita Mediçidir. 1646-cı ildə atasının vəfatının ardından anası və əmisi kardinal Françesko Mariyanın himayəsində taxta çıxarıldı. 2 illik naibliyin ardından hakimiyyəti ələ aldı.

Atasının səltənətinin sonlarında papa VIII Urbanla girişdiyi silahlı münaqişə sülhlə tamamlanmışdı. Ata-baba mülkləri olan Kastro hersoqluğu yenidən ələ keçirilmişdi. Ancaq II Ranuççio atasından qalan borcları ödəməkdən imtina etdi və yeni papa X İnnokentinin Kastroya təyin etdiyi yepiskopu tanımadı. Üstəlik, həmin yepiskop 1649-cu ildə müəmmalı şəkildə öldürüldü. Buna cavab olaraq X İnnokenti Kastro qalasını mühasirəyə aldı və bölgəni talan etdi. Beləcə, Kastro hersoqluğu 1649-cu ildə əldən çıxdı və Papa dövlətinə ilhaq edildi.

Ailəsi İlk evliliyi 29 aprel 1660-cı ildə Savoyya hersoqu II Karl Emmanuilin bacısı Marqarita Yolanda ilə baş tutdu. Cütlüyün 2 övladı doğulsa da, uşaqla eyni gün içində öldülər. Xanımı isə doğuş əsnasında vəfat etdi.

Qız uşağı (1661) Oğlan uşağı (1663)

İkinci evliliyi 18 fevral 1664-cü ildə bibisi qızı olan İzabella d'Este ilə baş tutdu. Cütlüyün 3 övladı doğulsa da, xanımı sonuncu doğuş prosesindən sonra xəstə düşdü və 5 gün sonra vəfat etdi.

Marqarita Mariya Farneze, Modena hersoginyası Tereza Farneze (1665-1702), rahibə Odoardo Farneze, Parma şahzadəsi

Üçüncü evliliyi isə 1 yanvar 1668-ci ildə baldızı olan digər bibisi qızı Mariya d'Este ilə baş tutdu. Cütlüyün bu nigahdan 9 övladı doğulsa da, bunlardan yalnız üçü yetkinlik yaşına çata bildi.

İzabella Françeska Mariya Lusiiya Farneze (1668-1718), rahibə Vittoriya Mariya Françeska Farneze (1669-1671) Ölü doğulan oğlan uşağı (1671) Vittoriya Farneze (1672) Yekaterina Farneze (1672) Ölü doğulan oğlan uşağı (1674) Elyanora Farneze (1675) Françesko Farneze, Parma hersoqu Antonio Farneze, Parma hersoqu

İstinadlar