Burbon-Parmalı Feliks (; ) — Parma hersoqu I Robertin oğlu, Böyük Lüksemburq hersoqu.
1893-cü ildə Avstriyada dünyaya gəldi. Atası Parmanın sonuncu hakim hersoqu I Robert, anası isə Portuqaliya kralı I Miquelin qızı İnfanta Mariya Antoniyadır. 6 noyabr 1919-cü ildə Lüksemburqda Böyük hersoginya Şarlotta ilə evləndi. Cütlüyün bu nigahdan 5 övladı dünyaya gəldi.
Jan, Böyük Lüksemburq hersoqu Elizabet (1922-2011) Mariya Adelayd (1924-2007) Mariya Qabriella (1925-2023) Karl (1927-1977) Alis (1929-2019)
İkinci Dünya Müharibəsi illərində ailəsiylə birlikdə faşist işğalından qaçdı və öncə Fransaya, ardından Portuqaliyaya qaçdı. Bir müddət burada yaşadıqdan sonra 10 iyul 1940-cı ildə Kanadaya köçdülər. Müharibənin ardından ailəsiylə birlikdə Lüksemburqa qayıdan Şahzadə Feliks 8 aprel 1970-ci ildə vəfat etdi.
İstinadlar