thumb|Əsas personajlar. Soldan sağa: Layos Toden, Senşi, Çilçak Tims və Marsil Donato. Ryoko Kui tərəfindən yaradılmış "Delicious in Dungeon" manqa seriyasına bir çox personaj daxildir. Zindanların və müxtəlif irqlərin mövcud olduğu fentezi dünyasında macəraçı qruplar ekspedisiyalar təşkil edərək bir adada yerləşən zindanı kəşf etməyə çalışırlar. Onlar zindanın xəzinəsi olduğuna inanılan müəmmalı Qızıl Krallığı tapmaq ümidindədirlər.
Seriyanın əsas personajları "uzun adam" (insan) Layos Toden və onun öndərlik etdiyi macəraçı qrupdur. Hekayə onların bir zindan ekspedisiyası zamanı qırmızı əjdahaya məğlub olması ilə başlayır. Qrupun uzun adam sehrbazı Falin Toden son anda teleportasiya sehrindən istifadə edərək qrupun digər üzvlərini xilas edə bilir, lakin özü əjdaha tərəfindən yeyilir. Qrupun üzvləri – Falinin qardaşı Layos, yarımboy tələ ustası Çilçak Tims və elf sehrbaz Marsil Donato zindana yenidən enmək və Falini tapıb diriltmə sehri ilə xilas etmək istəyirlər. Lakin ləvazimatlarının çoxu zindanda qaldığı üçün bu missiya onlar üçün çətin görünür. Bu zaman Layos zindanda yaşayan bədheybətləri ovlamağı və yeməyi təklif edir. Onlar zindanın başlanğıcında bədheybətləri bişirmək üzrə mütəxəssisə çevrilmiş cırtdan Senşi ilə tanış olurlar. Senşi onların komandasına qoşulmağa razı olur. Onlar səyahətləri boyunca müxtəlif bədheybətlər qarşılaşırlar və onlardan yeməklər bişirirlər. Macəralarına davam edərkən zindan fəth etməyə gələn uzun adam Kabrunun komandası ilə, zindanı araşdıran qnom Tansunun komandası ilə, Falini xilas etməyə gələn Şuronun komandası ilə, zindanın yaradıcısı olan Sissel ilə və zindanın səbəb olacağı fəlakəti dayandırmaq istəyən elflərdən ibarət xüsusi komanda Bülbüllər ilə qarşılaşırlar.
Yaradılış və konsepsiya Qərb fentezisinə üstünlük verən müəllif Ryoko Kui seriya üçün elf, ork, cırtdan, qnom, kobold, insan, yarımboy kimi müxtəlif irqlərdən olan personajlar yaratmışdır. Kobold personajlarının sefəh görünməməsi üçün onların üzlərini standart it cinslərinə görə yox, çaqqal, canavar və Afrika çöl itinə yaxın formada dizayn etmişdir. Onun ilkin ork dizaynları insan görünüşünə malik idi, lakin o, bunu darıxdırıcı hesab etmiş və onları yenidən dizayn etmişdir. Kui irqlərin bir-birindən asanlıqla fərqlənməsi üçün hər irqin üzvlərinə özünəməxsus xüsusiyyətlər vermişdir. Bülbüllər komandasının formasını dizayn edərkən formanın uniseks görünməsinə çalışmışdır.
Kui əvvəlcə personajların soyadlarını vermək istəməmişdir. Lakin hekayə irəlilədikcə redaktor personajları artırmasını istəmişdir.
Layosun komandası
Bacısı Falini xilas etmək üçün macəraçı komandası ilə zindana enən . Layos güclü döyüşçüdür və komandanın lideridir. Qılınc döyüşündə mütəxəssis olsa da, sadə sehrləri də bacarır. Yaşadığı dünyanın təqviminə əsasən 488-ci ildə doğulub. Layosun bədheybətlərə və onlardan hazırlanan yeməklərə qarşı böyük marağı var, lakin bədheybətlərin insanlar üçün təhlükəli olduğunun fərqindədir. Bədheybətlərin rəsmlərini çəkməyi sevir, yaxşı basilisk və it təqlidi etməyi bacarır. Uşaq olanda bədheybətlər üzrə mütəxəssis olmaq istəsə də, akademiyaya girə bilməmiş və hərbiyə daxil olmuşdur. Hərbidən ayrıldıqdan sonra indiki macəraçı komandasını qurmuşdur. Anime adaptasiyasının rejissoru Yoşihiro Miyacimanın sözlərinə görə Layosu səsləndirəcək aktyoru tapmaq çətin idi, çünki Layosun "qəribəliyini təbii şəkildə səsləndirəcək" şəxs axtarırdılar. Layosun səsi üçün son üç namizəd qalanda onlar Kentaro Kumaqaya üstünlük vermişdirlər. Çünki istehsalçı heyət bir-birini yaxşı tanıyan yox, macəra davam etdikcə bir-birilərini tanıyan personajlar haqqında anime çəkmək istəyirdilər və Kumaqayın dinləmələr zamanı digər seyyularla yaxınlıq etməməsi onların diqqətini cəlb etmişdir. Kumaqay bir müsahibəsində bildirmişdir ki, dinləmələrə qatılmazdan öncə bütün manqa seriyasını oxumuşdur. O, Layosu canlandırarkən ən çox onun səmimi duyğularını bəyənmişdir. Kumaqay bildirmişdir ki, Layos kimi onun da kiçik qardaşı var və personajı səsləndirərkən özünü böyük qardaş kimi hiss etməyə çalışmışdır.
Layosun macəraçı komandasının yarı-elf sehrbazı. İqradsil ağacının nəslindən gələn köklə hazırladığı Ambroziya adlı əsası ilə müxəlif sehrlərdən istifadə edir. Falinin yaxın dostudur. Onlar birlikdə Sehr Akademiyasında təhsil alıblar. Yaşadığı dünyanın təqviminə əsasən 464-cü ildə doğulub. Marsilin anası elf, atası isə uzun adamdır. Lakin Marsil bu faktı ətrafındakılardan gizlətməyə çalışır. Atası təbii səbəblərdən öldükdən sonra anası bir qnomla evlənmişdir. Uşaq olanda Marsilin Pipi adlı ev heyvanı da ölmüşdür. Bu səbəbdən Marsilin əsas məqsədlərindən biri irqlər arasındakı ömür müddəti fərqini aradan qaldırmaqdır. Marsil gizli şəkildə qədim sehr öyrənir. Marsil ciddi şəxsiyyətə malikdir və tez-tez Çilçak ilə mübahisə edir. Layosdan fərqli olaraq bədheybətlərdən hazırlanmış yeməkləri yeməyə həvəsli deyil. Sayaka Senbonqi bildirmişdir ki, Marsil zindan yeməklərini sevmədiyi üçün personajı səsləndirərkən zindan yeməklərinin real həyatdakı qarşılıqlarını ağlında təsəvvür etməyə çalışmışdır. O, ən çox zarafat səhnələrində çətinlik çəkmişdir, çünki "personajına sadiq qalmalı idi".
Layosun macəraçı komandasının tələ ustası. O, gizli yolları aşkarlamaq və tələləri sıradan çıxarmaq üzrə mütəxəssisdir. Hiss orqanları, xüsusilə də, eşitmə qabiliyyəti çox yaxşıdır. O, öz işinə çox ciddi yanaşır və işinə qarışılmasından xoşu gəlmir. Tələləri zərərləşdirmək üçün istifadə etdiyi alətlərə diqqətlə qulluq edir. Sarkastik ifadələrdən istifadə etməyi sevir və bəzən sərt danışır. Çilçak uşaq kimi görünsə də, əslində yetkin şəxsdir. Yaşadığı dünyanın təqviminə əsasən 485-ci ildə doğulub. Həyat yoldaşı və üç qızı var, lakin həyat yoldaşı onu tərk edib. Tələləri zərərləşdirmək əsas işi olduğu üçün çəkisinə diqqət yetirir və kökəlməməyə çalışır. Atası çox içməkdən ölsə də, Çilçak içməyi çox sevir. Manqa seriyası serializasiya olunmağa başlayanda personajın ilkin adı olsa da, birinci tankobon cildində Çilçak olaraq dəyişdirilmişdir. Kui manqanın üçüncü fəsilinə qədər Çilçakı boz saçlarla təsvir etmişdir.
Zindanda yaşayan bədheybətlərdən yemək bişirməkdə ustalaşmış cırtdan döyüşçü. O, Qırmızı əjdahanı bişirmək ümidi ilə Layosun macəraçı komandasına qoşulur və komanda üçün aşpazlıq edir. Senşi zindanın ekologiyasına böyük əhəmiyyət verir və özünü onun bir parçası hesab edir. Onun 120-dən çox yaşı var və 76 ildir ki, zindanda yaşayır. Uşaq olanda valideynlərini itirmiş Senşi Qillin tərəfindən himayəyə götürülmüş və onun mədənçilər komandası ilə zindana çatmışdır. Aclıq səbəbilə bütün yoldaşları ölməyə başlamış və Qillin yeməsi ona qriffin əti gətirmişdir. Senşi həmin ətin həqiqətən qriffin əti, yoxsa digər yoldaşlarından birinin əti olduğunu bilməmişdir. Yaşadığı bu təcrübə onun bədheybət mətbəxinə maraq göstərməsinə səbəb olmuşdur. Orklarla yaşadığı vaxt ilk dəfə bədheybət əti yemişdir. Senşinin bıçağı mitrildən, qazanı isə adamantindən hazırlanıb və çox dözümlüdür. O, Qillinə məxsus dəbilqəni taxır. Kui personajın hekayədə aktiv rol oynamasını istədiyi üçün ona yaponca "döyüşçü" mənasına gələn "Senşi" adını vermişdir.
Pişik-qız görünüşünə malik olan uzun adam. Onun ruhu Şərq torpaqlarında yaşayan Böyük Pişik adlı bədheybətlə insanın qarışığından ibarətdir. Yaşadığı dünyanın təqviminə əsasən 497-ci ildə Va adasında doğulub və valideynlərindən qoparılaraq "pişik qız"a çevrilib. O, "pişik qız" kimi sərgiyə qoyulmuş və Şuronun atası tərəfindən satın alınmışdır. Ona adı verilmiş və Nakamoto iqamətgahında yaşamağa başlamışdır. Mayzuru onun baxıcısı olmuşdur. Zindan macərasına Şuronun komandasında başlasa da, lənətinə çarə tapmaq üçün Layosun komandasına qoşulur. İzutsumi öz istədiyini etməyi sevən, müstəqil və ərköyün şəxsiyyətə malikdir. Böyük Pişiyin ruhuna malik olduğu üçün çox çevik və sürətli döyüşçüdür.
Layosun kiçik bacısı və onun orijinal komandasının sehrbazı. Qırmızı əjdaha tərəfindən yeyildiyi üçün Layos və yoldaşları onu diriltmək üçün zindana qayıdırlar. Falin və Marsil yaxın dostdurlar, birlikdə Sehr Akademiyasında təhsil alıblar. Lakin Falin ondan fərqli olaraq ekzorsizm, gücləndirmə və bərpa sehrlərində güclüdür. Marsil qədim sehrdən istifadə edərək onu diriltməyi bacarsa da, ruhu Qırmızı əjdaha ilə birləşir və Sissle tərəfindən Falin ximeraya çevrilir. Falin də qardaşı Layos kimi bədheybətlərə böyük maraq göstərir. Yaşadığı dünyanın təqviminə əsasən 491-ci ildə doğulub. Uşaqlıqdan etibarən müəmmalı bacarıqlara malik olduğu üçün 10 yaşında Sehr Akademiyasına göndərilmişdir. Layosun orijinal komandasında olanda Şuro ona evlilik təklifi etmişdir, lakin Falinin ona qarşı hisləri yoxdur. Falin mehriban və sakit şəxsiyyətə malikdir.
Kabrunun komandası
Zindanı kəşf etmək üçün ayrı bir komandaya başçılıq edən uzun adam. Kabru zindanı fəth etmək istəsə də, komandası çox bacarıqlı olmadığı üçün dəfələrlə ölür. Yaşadığı dünyanın təqviminə əsasən 492-ci ildə doğulub. O, əslən Utaya şəhərindəndir. Bu şəhərin yaxınlığında yerləşən zindandan çıxan bədheybətlər onun şəhərini məhv etmiş və ailəsi ölmüşdür. O, Bülbüllərin keçmiş kapitanı Milsiril tərəfindən övladlığa götürülmüş və Bülbüllərin döyüş stilini öyrənmişdir. Bu hadisə onun psixikasında travma buraxmış və bədheybətlərdən nifrət etməsinə səbəb olmuşdur. Kabru çox bacarıqlı müşahidəçidir və çox az informasiya ilə yaxşı nəticələr çıxara bilir. Layosun pis adam olduğunu düşünməsə də, onun zindanın taleyini dəyişdirəcək şəxs olmasını istəmir.
Kabrunun komandasından olan uzun adam sehrbaz. Qısaca kimi tanınır. O, əslən Şərq arxipelaqındandır. Heç bir təşkilata daxil olmayan sehrbazlar təqibə məruz qaldığı üçün uşaqlığı çətin keçmişdir. Valideynləri öldükdən sonra elflər tərəfindən pis rəftarla böyüdülmüşdür. Buna görə də Sehr Akademiyasından olan sehrbazlara, xüsusilə, elflərə qarşı kin bəsləyir. Onun Kabruya qarşı hisləri var, lakin hislərini gizlətməyə çalışır. Rinşa ildırım sehrindən istifadə etməyi bacarır.
Kabrunun komandasından olan yarımboy. O, Kahka Brudun yoxsul bölgəsində böyümüş və oğurluq edərək pul qazanmışdır. Ən böyük arzusu pul yığım Kuro ilə birlikdə Kahka Brudda ev almaqdır. O, Kuronun ustasıdır və onu ailəsinin üzvü kimi görür.
Kabrunun komandasından olan kobold döyüşçü. Dünyanı görmək üçün öz vətənini tərk etmiş, lakin limanda yaxalanaraq qul tacirinə satılmışdır. Daha sonra Mikbel tərəfindən xilas edilmişdir. Kuronun çox yaxşı iyibilmə qabiliyyəti var. O, müxtəlif irqlərinin iyilərini ayırd edə bilir.
Kabrunun komandasından olan qnom sehrbaz. O, qədim elemental sehr araşdırmaçısıdır. Onun tədqiqatları elflər tərəfindən müsadirə olunmuşdur. Holmun böyük bacısı da elemental ruh araşdırmaçısıdır, lakin onlar yaxın deyillər. Kabru Holmun bacısı ilə dostlaşmışdır. Holm bacarıqlı sehrbazdır, su, külək, yer və alov ruhlarından istifadə edə bilir.
Kabrunun komandasından olan cırtdan döyüşçü. Tam adı Sadenalı Dayamonddur. Namarinin atası cırtdanların reputasiyaya zərər vurduğu üçün Daya özünə komanda tapmaqda çətinlik çəkmişdir. Bu səbəbdən Namaridən xoşu gəlmir. Sevgilisi var və onunla evlənməyi planlaşdırır. Dayanın Kölgə qubernator ilə qohumluğu var.
Şuronun komandası /
Uzaq bir adadan olan uzun adam döyüşçü. O, Nakamoto klanının ən böyük oğludur. Mayzuru tərəfindən böyüdülmüşdür, lakin atası ilə olan münasibətini öyrəndikdən sonra onunla arasına məsafə qoyur. O, Layosun orijinal komandasının üzvü olsa da, Qırmızı əjdahaya məğlub olduqdan sonra qrupdan ayrılmışdır. Onun Falinə qarşı hisləri var və onu xilas etmək üçün öz klanının üzvlərindən ibarət komanda ilə zindana enir. Taçi adlı silahla döyüşür. Şəxsiyyəti ciddir və Layosla yola gedə bilmir.
Nakamoto klanının müəllimi olan sehrbaz. Şuronun müəlliməsidir və onun komandası ilə birlikdə zindana enir. Onun ləqəbi "mayzuruso" kimi tanınan bitkinin adından yaranmışdır. Mayzuru və Şuronun atası arasında gizli münasibətlər var. Mayzuru döyüşərkən şikiqamilərdən istifadə edir.