Marta Perarnau Vives — İspaniya futbolçusu. Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən peşəkar qadın futbolçulardan biridir. O, həmçinin Azərbaycan U-19 milli komandasının sabiq üzvüdür.

Futbol Karyerası Rayo Vallekano:2012-ci ildə Rayo Vallekano B komandasının Gənclər Akademiyasında başlayaraq karyerasına ilk addımını atmışdır.2017-ci ildən etibarən əsas komanda da çıxış etməyə başladı. Real Betis: 2019-cu ildə Real Betis komandası ilə müqavilə bağladı.2020-ci ildə isə Copa Andaluza çempionluğunu qazandı.

Atlético San Luis Femenil: 2021-ci ildən 2024-cü ilə qədər Meksikada fəaliyyət göstərən Atlético San Luis Femenil komandasının üzvü oldu.

SD Huesca: 2024-cü ildən etibarən İspaniyanın SD Huesca klubunda çıxış edir.

Ailəsi Marta Perarnau, atletika sahəsində tanınmış idmançı ailəsinin övladıdır. Atası Martí Perarnau, 1980 Moskva Yay Olimpiya Oyunlarında iştirak edərək yüksək tullanma üzrə olimpik idmançı adına layiq görülmüşdür.

Anası Loles Vives isə 100 metr məsafəni 12 saniyədən tez qaçan ilk ispan qadın atletidir.

Marta, gənclik illərində həm futbol, həm də atletika ilə məşğul olmuşdur.2016-cı ildə yalnız futbola yönəlmə qərarı vermişdir.

Təhsil və Sosial Fəaliyyətlər Marta Perarnau, futbol karyerası ilə yanaşı, psixologiya sahəsində də təhsil almışdır. O, həmçinin gənc futbolçulara məşqçilik edərək gələcək nəsillərə dəstək verir.

İstinadlar Kateqoriya:Azərbaycanın qadın futbolçuları Kateqoriya:Azərbaycan vətəndaşlıq hüququnu almış şəxslər