İkinci Karlist Müharibəsi () — 1846-1849-cu illərdə İspaniyada yaşanan vətəndaş müharibəsidir. İspaniya taxt-tacına sahiblənmək uğrunda 2 siyasi qrup arasında yaşanan bu silahlı münaqişənin tərəfləri, mərhum kralın qardaşı oğlu Karlos de Burbonun rəhbərlik etdiyi mühafizəkar Karlistlər və mərhum kralın qızı II İzabellanı dəstəkləyən yenilikçi liberallar idi.
Karlist taxt iddiaçısı İnfant Karlos de Burbon real hakimiyyəti əlində saxlayan əmisi qızı II İzabellayla evlənərək bu müharibələrə son qoymağa çalışdı. Ancaq kraliçanın onunla deyil, digər əmisi oğlu İnfant Fransisko Asislə evlənməsi bu müzakirələri nəticəsiz qoydu və ardından tərəflər silahlı çatışma üçün əsgər toplamağa başladı.
Mənbə
Robert Vallverdú i Martí La guerra dels Matiners a Catalunya (1846—1849). Una crisi econòmica i una revolta popular, Abadia de Montserrat, — 2002. Rodríguez Vives, Conxa (2019). Los exilios de Ramón Cabrera. Puz. ISBN 978-84-17633-40-0 Vallverdú, Robert (2002). La guerra dels Matiners a Catalunya (1846-1849). Una crisi econòmica i una revolta popular. Barcelona: Publicacions de l'Abadia de Montserrat. ISBN 84-8415-416-5 Kateqoriya:XIX əsrin üsyanları