Sibir pişiyi — Rusiyada əsrlər boyu mövcud olan bir pişik növü.
Tarix Sibir pişikləri Rusiyanın yerli meşə pişikləridir və Sibirin sıx meşələrində uzun müddətdir ki, mövcuddurlar. Ən qədim məlumatlar 1000-ci ilə aiddir. Əvvəllər pişik mütəxəssisləri tərəfindən bu qədim cinsin bütün müasir uzun tüklü pişik cinslərinin uzaq əcdadı olduğu düşünülürdü. Lakin filogenetik tədqiqatlar göstərdi ki, məsələn, "Maine Coon" pişikləri Britaniya pişiklərinin nəsilləridir və onları Puritan köçkünləri Yeni İngiltərəyə gətirmişdilər. Sibir pişiklərinə oxşarlıqları genetik yaxınlıqdan deyil, konvergent evolyusiya nəticəsində yaranıb. Bu cinslər hamısı sərt iqlim şəraitində formalaşıb və təbii seçilim eyni xüsusiyyətləri tələb edib. Bununla belə, Sibir pişikləri genetik olaraq Norveç Meşə Pişikləri və Şimali Avropanın təsadüfi çarpazlaşmış pişik populyasiyaları ilə yaxından əlaqəlidir. Sibir pişiyi Rusiyadan kənarda ilk dəfə 1864-cü ildə nəşr olunan alman kitabı "Brehms Tierleben"də qeyd edilmişdir. Burada "Brehm" uzun tüklü bir pişik cinsini "Sibirdən olan qırmızı Tobolsk pişiyi" ("eine rote Tobolsker Katze aus Sibirien") kimi təsvir edir. Daha sonra 1889 və 1892-ci illərdə Sibir pişiyi Harrison Veir tərəfindən yazılmış kitabın iki nəşrində yenidən qeyd edilmişdir. Weir 1871-ci ildə İngiltərədə keçirilən ilk pişik sərgilərini təşkil etmiş və bu barədə yazmışdır. Kitabda Sibir pişiyi köhnə adı olan "Rus Uzun Tüklü Pişiyi" adı ilə təsvir edilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Pişik cinsləri Kateqoriya:Rusiya mənşəli pişik cinsləri Kateqoriya:Təbii pişik cinsləri