Mirlər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dondarlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
2020-ci ildə Qubadlının azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
Toponimikası Mirlər kəndi Bərgüşad çayının sahilində, dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsini XVIII əsrdə Şeyx Mir İbrahim ağa saldığı üçün onun titulu (mir) ilə adlanmışdır. Bir sıra müsəlman ölkələrində, o cümlədən Azərbaycanda mənşəcə Məhəmməd peyğəmbərin nəslindən olanlar adətən seyid və ya mir fəxri titulu daşıyırlar. Antropooykonimdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Həmçinin bax Mir Məhəmməd ağa
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri