Merilu Vanina Meyniel () — geniş ictimaiyyətə "Oklou" ("Okey Lu" kimi tələffüz edilir) səhnə adı ilə məşhur olan Puatye şəhərindən olan Fransa musiqiçisi. Sənətçinin ilk miksteypinin - "Galore"un 2020-ci ildə təqdimatı reallaşmış, 2025-ci ildə isə debüt albomu olan "Choke Enough" işıq üzü görmüşdür.

Həyatı Merilu Meyniel 1993-cü il aprelin 23-də Fransanın Puatye şəhərində doğulmuşdur. Sənətçi valideynləri və böyük qardaşı ilə birlikdə Qərbi Fransanın kənd ərazilərində böyümüşdür.

İbtidai təhsil illərində fortepiano və violonçel alətlərində klassik musiqi təhsili almış, uşaqlıq dövründə xor kollektivlərində iştirak etmişdir. Böyük qardaşının yerli kitabxanadan gətirdiyi kompakt disklərdən Dälek kimi musiqiçilərin yaradıcılığı ilə tanış olmuşdur. İlk əldə etdiyi musiqi albomu "Gorillaz" qrupuna məxsus olmuşdur.

Fəaliyyəti

Şəxsi həyatı 2025-ci ilin fevral ayında "Stereogum" nəşrinə müsahibə verərkən Meyniel özünün hamiləlik xəbərini ictimaiyyətə bəyan etmişdir.

Diskoqrafiya Studiya albomları Choke Enough (2025)

İstinadlar

Kateqoriya:Fransa müğənniləri Kateqoriya:Fransa musiqiçiləri