Transilvaniya tazısı — Həmçinin Transilvaniya qoxu tazısı və ya Macar tazısı kimi tanınır. Əsasən ov üçün istifadə edilən Macarıstan mənşəli qoxu tazısı (ovun yerini qoxusu ilə təqib edib tapan itlər) növüdür.
Təsvir Boya görə iki növü var, lakin FCI standartı yalnız uzun ayaqlı növü təsvir edir. Qısa ayaqlı növün boyu 46-51 sm, uzun ayaqlı növün boyu isə 56-66 sm arasında dəyişir. Qısa ayaqlı növün çəkisi 22-25 kq, uzun ayaqlı növün çəkisi isə 30-35 kq arasındadır. Başı uzun, lakin iti deyil və qırışıqsızdır. Qulaqları orta ölçülü, asıq və yumru ucludur. Bədəni nisbətən uzun, lakin kvadratikdir. Sinəsi geniş və uzun, quyruğu isə aşağıdadır və ov zamanı adətən bel səviyyəsində qıvrılır. Tükləri qısa, düz və bədənə yaxın oturur, uzun ayaqlı növün tükləri bir qədər daha uzundur. Qısa ayaqlı növ adətən tünd qırmızı və qəhvəyi rəngdə, uzun ayaqlı növ isə qara və qəhvəyi rəngdə olur. Transilvaniya tazısı, yayları isti, qışları qarlı keçən kontinental iqlimə uyğunlaşmışdır və böyük dözümlülük, həmçinin kəskin və etibarlı qoxu alma qabiliyyəti ilə seçilir. Bu cins adətən itaətkar, yaxşı xasiyyətli, uşaqlara tolerant və asan öyrədiləndir. "Pack hound" olduğu üçün digər itlərlə çox yaxşı yola gedir. Təsvirlərə görə, bu cins ehtiyatlı, bir qədər şübhəli və daxili təfəkkürə malikdir. Ov zamanı isə cəsarət və yaxşı oriyentasiya qabiliyyəti nümayiş etdirir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Tazılar