İranın ərəblər tərəfindən işğalı və ya İranın müsəlmanlar tərəfindən fəth edilməsi — eramızın VII əsrində İranın müsəlmanlar tərəfindən ələ keçirilməsi. Bu işğal nəticəsində Sasanilər imperiyası süqut etmiş və İranda islamlaşma başlamışdır.

Müsəlmanların yüksəlişi İranın siyasi, sosial, iqtisadi və hərbi cəhətdən əhəmiyyətli dərəcədə zəif olduğu bir zamanda baş vermişdir. Öz dövrünün böyük dövlətlərindən biri hesab olunan Sasanilər imperiyası Bizans imperiyası ilə onilliklər ərzində apardığı müharibə nəticəsində insan və maddi imkanlarının axırına çıxmışdı. Eramızın 628-ci ilində Böyük Xosrovun öldürülməsindən sonra imperiyanın daxili siyasi vəziyyəti sürətlə pisləşməyə doğru getmişdir. Bundan sonrakı dörd il ərzində isə daha 10 nəfər taxt-taca iddia etmişdir.The Muslim Conquest of Persia By A.I. Akram. Ch: 1 Fars və Parfiya qrupları arasında qarşıdurmalar başlayan zaman isə artıq imperiya bəzi ərazilərə olan nəzarətini itirmişdi.

Ərəb müsəlmanlar birinci dəfə eramızın 633-cü ilində Xalid ibn Vəlidin rəhbərliyi altında Sasani imperiyasının siyasi və iqtisadi mərkəzi hesab olunan Mesopotamiya torpaqlarını işğal etmişdirlər. Xalidin Levantdakı Bizans cəbhəsinin rəhbərliyinə keçirilməsindən sonra müsəlmanlar nəhayət Sasanilərin əks-hücumlarını dəf etməyə nail ola bilmişdilər. Səd ibn Əbu Vəqqasın rəhbərliyi altında 636-cı ildə başladılmış ikinci hücum və Qadisiyyə döyüşü ilə əhəmiyyətli bir qələbənin əldə edilməsi nəticəsində İranın qərb ərazilərindəki Sasani nəzarətinə son qoyulmuşdur. Zaqros dağları sonralar Raşidi xilafəti ilə Sasanilər imperiyası arasında təbii sərhədə çevrilmişdir. Ömər ibn Xəttab farsların region üzərinə etdikləri ardı-arası kəsilməyən hücumlarına görə 642-ci ildə Sasanilər imperiyasının torpaqlarının tamamilə işğal edilməsi haqqında əmr vermiş və 651-ci ilə qədər Sasanilər imperiyasının bütün əraziləri ərəblər tərəfindən işğal edilmişdir. Xəlifə Ömərin İranla döyüş meydanlarından bir neçə min kilometr aralıda yerləşən Mədinə şəhərindən koordinasiyalı, yaxşı təşkil edilmiş, çox yönlü hücumlar vasitəsilə İranı sürətlə işğal etməsi onun böyük hərbi və siyasi strateq kimi şöhrət qazanmasına töhfə vermiş ən böyük qələbəsi olmuşdur.The Muslim Conquest of Persia By A.I. Akram. Ch: 1

thumb|Ərəb işğalları ərəfəsində Yaxın Şərq

İstinadlar

Ədəbiyyat siyahısı

Xarici keçidlər

History of Iran: Islamic Conquest from the Iran Chamber Society. The Arab conquests at History World. Muslim Conquest of Persia at Mecca Books.

Kateqoriya:İranın ərəblər tərəfindən işğalı Kateqoriya:İran tarixi