300px|thumb|right|Azərbaycan xalçasının və Qarabağ atı heykəlinin Roma papası XIV Levə təqdim edilməsi

Azərbaycanın yumşaq gücü və mədəni diplomatiyası — sovet və müstəqillik dövründə Azərbaycanın ölkələrarası münasibətlərdə yeritdiyi siyasət. Bu siyasət çoxsaylı yerli və beynəlxalq tədbirlər və konfranslar, nüfuzlu idman yarışları, müxtəlif qurum və təşkilatların, o cümlədən mədəniyyət mərkəzlərinin fəaliyyətləri, diasporalar ilə əməkdaşlıq və başqa üsullar ilə dəstəklənir.

Azərbaycanda Türk Dövlətləri Parlament Assambleyası, Türk Mədəniyyəti və İrsi Fondu, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi və Bakı Təşəbbüs Qrupu yerləşir. Azərbaycanda ənənəvi keçirilən beynəlxalq tədbirlər Bakı prosesi, Qlobal Bakı Forumu və Şuşa Qlobal Media Forumudur. Azərbaycan dövləti xaricdəki Azərbaycan evləri vasitəsilə öz diasporu ilə əlaqələr qurmağa çalışır və Azərbaycan dili, mədəniyyəti və adət-ənənələrinin xaricdə yaşadılması üçün səylər göstərir. Xaricdəki Azərbaycan Dil və Mədəniyyət Mərkəzləri isə ölkədən kənarda Azərbaycan dilinin və mədəniyyətinin təbliği, digər ölkələrlə mədəni əlaqələrin qurulması üçün yaradılır. SOCAR və Heydər Əliyev Fondu Azərbaycanın vacib yumşaq güc forması vasitələridir.

2020-ci illərin ortalarında Azərbaycan Orta Şərq diplomatiyasında yeni oyunçu olaraq meydana çıxmışdır. Bu zaman Azərbaycan münaqişələrə vasitəçilik etmək və enerji sövdələşmələri etmək üçün öz neytrallığını və rəqib güclərlə diqqətlə balanslaşdırılmış əlaqələrini istifadə etmişdir.

Tarixi və xarakteristikası

Sovet dövrü Sovet dövründə Moskvada keçirilən Azərbaycan dekada günləri vasitəsilə Azərbaycan SSR sovet paytaxtı ilə əlaqə qurur, bu zaman özünün çoxmillətli sovet ailəsindəki yerini də nümayiş edirdi. Azərbaycan qəzetləri milli nümayəndələrin dekada günlərindəki fəaliyyəti haqqında yazıları özlərinə borc bilərək dərc edirdi.

Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti 1946-cı ildə Bakıda yaradılmışdır.Azərbaycanın dövlət siyasəti və diaspora . olaylar.az, 15.08.2014 Həmin vaxt Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) xüsusi nəzarəti altında gərgin fəaliyyət göstərən qurumun əsas məqsədi xaricdə yaşayan azərbaycanlıların, xüsusilə də ziyalı təbəqəsinin Azərbaycanla əlaqəsinin qurulması idi. Ona görə də cəmiyyətin xaricdə yaşayan azərbaycanlılarla sıx əlaqələrin qurulması və Azərbaycan diasporunun formalaşmasında mühüm rolu olmuşdur. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Türkiyə,Vahid Ömərov. Ulu Öndər Heydər Əliyevin sovet dövründə Azərbaycan-Türkiyə mədəni əlaqələrini genişləndirməsi . "Səs" qəzeti. 19 mart 2013, səh. 15. Çin, Hindistan, İran və İraqla mədəni əlaqələrin qurulmasında da iştirak etmişdir.Azərbaycan-İraq mədəni inteqrasiyası (XX əsrin II yarısından müasir dövrədək) sia.az, 28.02.2014

Sovet dövründə Azərbaycan müğənnisi Rəşid Behbudov Qafqazın 3 dominant dilində (azərbaycanca, gürcücə, ermənicə) mahnılar oxuyurdu. Rəşid Behbudovun "Arşın mal alan"da Əsgər obrazını canlandırması ona tipik azərbaycanlı obrazı yaratmağa imkan vermişdir. Bundan sonra onun Gürcüstana və Ermənistana səfərləri diplomatik səfərlər kimi təşkil edilir, Azərbaycan xalqının nümayəndəsi digər xalqları ziyarət edirdi.

1986-cı ilin oktyabrının 1-dən 3-ə qədər Bakıda Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi tərəfindən 60 ölkədən 600 nümayəndənin qatıldığı "Müsəlmanlar sülh mübarizəsində" adlı konfrans keçirilmişdir. İdarənin rəhbəri Allahşükür Paşazadə Əfqanıstanda mücahidlər tərəfindən əsir götürülən sovet hərbi əsirləri üçün dəfələrlə münaqişə zonasına getmiş, burada mücahid liderləri ilə sovet hərbi əsirlərinin azad edilməsi ilə bağlı danışıqlar aparmışdır.Силантьев Р. А. Международная деятельность духовных управлений мусульман в годы Перестройки (1985–1991 гг.) // Власть. — 2014. — № 3. — С. 154–155.

Müstəqillik dövrü

Müstəqillik dövründə Azərbaycan davamlı bir şəkildə dünya siyasətində müəyyən normaların, prinsiplərin və standartların qəbul edilməsi üçün çalışmışdır. Bu missiyasına görə, Azərbaycanın beynəlxalq məkanda xüsusi təsir imkanları var. Bundan başqa, Azərbaycan rəqəmsal sahədə ictimai diplomatiya üçün onlayn platformalardan və sosial şəbəkələrdən istifadə etmişdir. Azərbaycan həmçinin müxtəlif beynəlxalq idman tədbirlərini, məsələn, 2015 Avropa Oyunlarını və Azərbaycan Qran-prisini, həmçinin 2012 Avroviziya Mahnı Müsabiqəsini təşkil etmişdir. Təhsil siyasəti sahəsində isə xarici tələbələrə təklif edilən Azərbaycan Təqaüd Proqramı və akademik əməkdaşlıqlar Azərbaycanın yumşaq gücünün tətbiqində böyük rol oynamışdır.

Azərbaycan Qlobal Yumşaq Güc İndeksinə ilk dəfə 2021-ci ildə daxil olub. Azərbaycan 2021-ci ildə Qlobal Yumşaq Güc İndeksinə görə ölkələr arasında 72-ci yeri, 2022-ci ildə isə 77-ci yeri tutub. 2023-cü ildə isə Azərbaycan 20 pillə irəliləyərək, ölkələr arasında Qlobal Yumşaq Güc İndeksinə görə 57-ci yeri tutub.

Azərbaycan 2024-cü ildə Çinlə strateji tərəfdaşlıq üzrə, 2025-ci ildə isə Çinlə hərtərəfli strateji tərəfdaşlıq üzrə müqavilə imzalamışdır. Hər iki sənəddə Azərbaycanın təşkilatçısı olduğu Bakı prosesi (Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu) layihəsi qlobal platforma olaraq dəstəklənmişdir. Azərbaycanın Çinlə hərtərəfli strateji tərəfdaşlıq üzrə müqaviləsində Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası və ŞƏT-in Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsi arasında qurulmuş tərəfdaşlıq əlaqələrinin, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müvafiq Çin assosiasiyaları və institutları ilə əlaqələrinin genişləndirilməsi dəstəklənmişdir. Çin Azərbaycanın sədrliyi ilə COP29 çərçivəsində irəli sürülən "Dayanıqlı və sağlam şəhərlərin formalaşması üçün Multisektoral Fəaliyyət Yolları" təşəbbüsünü, Azərbaycan tərəfinin AQEM-in inkişafına istiqamətlənmiş "Daha Güclü AQEM: Asiyada qarşılıqlı əlaqə, rəqəmsallaşma və davamlı inkişaf" mövzusunda silsilə tədbirlərin keçirilməsi planını dəstəkləmişdir.

2025-ci ilin əvvəllərində ABŞ-ın ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) təşkilatının, həmçinin Avropa Birliyinin "Erasmus+" proqramının Azərbaycandakı fəaliyyəti dayandırılıb. Həmin ilin martında həm də BMT-in Azərbaycanda yerləşən 4 qurumunun bağlanması ilə bağlı qərar qəbul edilib. Bunlar BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycanda yerləşən ofisləridir. Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bunun səbəbini belə izah edib ki, artıq Azərbaycan başqa ölkələrə kömək edən ölkəyə çevrildiyi üçün bu qurumların fəaliyyətinə ehtiyac qalmayıb. Bundan başqa Qırmızı Xaç Komitəsinin və Rus Evinin Azərbaycan nümayəndəliyi, "Sputnik-Azərbaycan" və "BBC News Azərbaycanca" regional filialları da 2025-ci ildə fəaliyyətini dayandırıb.

2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Çoxtərəflilik yol ayrıcında: Çağırışlar və sülhə gedən yol" mövzusunda tədbir, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?" mövzusunda konfrans, Azərbaycanın COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatının təşəbbüsü ilə "Bakı Mərkəzi Tərəfdaşlığı: Münaqişələrdən zərər çəkən və həssas ölkələr üçün innovativ həllər" mövzusunda tədbir, Azərbaycanın sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilmişdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin tədbirində indiki və keçmiş dövr dövlət başçıları və siyasət adamları, Bakı Təşəbbüs Qrupunun konfransında Fransanın Dənizaşırı əraziləri — Kanaki (Yeni Kaledoniya), Qvadelup, Martinik, Reyunyon, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvianası, eləcə də Niderlandın Boneyra, Aruba, Sen Martin kimi əraziləri, COP29-un tədbirində isə 100-dən artıq hökumət üzvləri və rəsmisi iştirak etmişdir.

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Katibi Antoniu Quterreşlə görüşmüş, Quterreş Azərbaycana BMT-in digər regionlarda fəaliyyətini dəstəklədiyi üçün təşəkkür etmiş, beynəlxalq böhranların aradan qaldırılmasında Azərbaycanla əməkdaşlıq imkanları olduğunu qeyd etmişdir. Azərbaycanın BMT-nin institutlarının fəaliyyətinə donor ölkə kimi köməyi də yüksək dəyərləndirilmişdir.

14 yanvar 2026-cı ildə təsdiq edilən "Azərbaycan Mədəniyyəti – 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına görə, Azərbaycanın "yumşaq gücü"nün artırılması üçün mədəni diplomatiyadan istifadəyə çağırış edilir, Azərbaycan dövlətinin yumşaq gücünün artırılması hədəflənir.

2 aprel 2026-cı ildə Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə "Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi" adlı qətnamə yekdilliklə qəbul edilmişdir.

Fəaliyyət sahələri

Azərbaycan dövlətçiliyinin təbliği və tətbiqi

300px|thumb|right|ASAN xidmət 2024-cü ildə BƏƏ Hökumət İnkişafı və Gələcəyi naziri Uhud Əl-Rumi Azərbaycanın inkişaf modelinin başqa ölkələrə ilham verdiyini qeyd etmişdir. 2025-ci ildə ŞƏT tədbirləri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən Çin lideri Si Tsinpin Azərbaycanın suveren inkişaf modelini dəstəklədiyini demişdir.

2023-cü ildə Dünya Hökumət Sammitində ASAN xidmət "Qlobal Hökumət Mükəmməlliyi Mükafatı" Proqramı çərçivəsində "Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti" seçilmiş və xüsusi mükafata layiq görülmüşdür. 2024-cü ildə Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycan hökuməti ilə BMT arasında "Töhfə sazişi" imzalanmışdır. Sazişin əsas məqsədi ASAN xidmətin BMT xətti ilə 4 qitədə tətbiq və təşviq edilməsi, dövlətlərin göstərdiyi xidmət vasitəsilə vətəndaş hüquqlarının reallaşdırılması və yeni texnologiya və innovasiyanın tətbiq edilməsi ilə bağlı tədbirlərin keçirilməsidir.

Azərbaycanın ASAN xidmət mərkəzi 2025-ci il məlumatına görə, 25-dən çox ölkəyə ixrac edilib. Ruminiya rəsmiləri ASAN xidmətin ölkədə tətbiqi üçün 2024-cü ildə Azərbaycanla müqavilə imzalayıb. 2025-ci ildə Kolumbiya, Ruanda, Qvineya-Bisau və Somali rəsmiləri ASAN xidməti öz ölkələrində tətbiq etmək üçün Azərbaycanla müqavilə imzalayıblar. Efiopiyada 2025-ci ildə ASAN xidmət modeli əsasında "MESOB" dövlət xidməti mərkəzi açılıb. Efiopiya bu mərkəzə görə Azərbaycana təşəkkür edərək, belə mərkəzlərin sayını artırmağı planlaşdırdığını qeyd edib. Pakistan da ASAN xidmət modelini ölkə daxilində tətbiq edir. Bundan başqa Azərbaycanın Dost Agentliyinin təcrübəsi Moldova tərəfindən öyrənilmiş, DOST modelinə əsasən Moldovanın müxtəlif regionlarında pilot layihələr icra edilmişdir. 2025-ci ildə Serbiya ilə imzalanmış müqaviləyə əsasən, Azərbaycan Xüsusi Təyinatlıları Serbiya hərbçilərinə təlim keçmişdir.

2025-ci ildə Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunda Özbəkistan Milli Statistika Komitəsinin sədri Behzod Hamrayev bəyan edib ki, Azərbaycanın statistika sahəsindəki təcrübəsi Özbəkistan tərəfindən siyahıyaalmanın təşkilində, anketlərin və metodologiyanın işlənib hazırlanmasında, statistikanın inkişafına dair ilk strategiyanın yaradılmasında istifadə edilmişdir. Macarıstan isə Azərbaycanla bu sahədə təcrübə mübadiləsinə hazır olduğunu, Azərbaycanın göstəricilərin rəqəmsal təhlili praktikasını istədiklərini qeyd etmişdir. 2025-ci ilin noyabrında Qırğızıstan həmkarlar ittifaqlarının nümayəndələrinin Azərbaycanın Əmək və Sosial Münasibətlər Akademiyasının İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində təşkil edilən informasiya təhlükəsizliyi, süni intellekt və əmək hüquqlarına dair təlimlərdə iştirak edəcəyi elan edilmişdir.