Cisticola melanurus (Qaraquyruq sistikola) — "Cisticolidae" fəsiləsinə aid olan və Anqola və Konqo Demokratik Respublikasında rast gəlinən bir quş növü. Onun təbii yaşayış mühiti quru savannalar və kiçik ağacların təpə qatıdır. Bu növ həm ağacların təpə qatında, həm də yerdə həşəratlarla qidalanır.
Təsvir
"Cisticola melanurus" 10–11 sm uzunluğunda və 8–10 qram ağırlığındadır. Başının üst hissəsi zəngin qırmızımtıl-qəhvəyi, beli tünd boz-qəhvəyi və uzun qara quyruğa malikdir. Alt hissələri ağ rəngdədir. Cavan fərdlər yetkinlərə bənzəyir, lakin daha az parlaq rənglərə malikdir. "Cisticola melanurus" görünüş etibarilə uzunquyruq sistikola (Cisticola angusticauda) ilə oxşardır.
Uçuş zamanı bu quşlar bəzən qanadları ilı klikləyən səs çıxarır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Mərkəzi Afrika Kateqoriya:1882-ci ildə təsvir edilən quşlar Kateqoriya:Cisticola Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər