Qara başlı ağacdələn () — Ağacdələnlər fəsiləsinə aid quş növü. Adətən enliyarpaqlı və iynəyarpaqlı meşələrdə yaşayır və Kamboca, Laos, Myanma, Tailand və Vyetnamda rast gəlinir. Təsviri Qara başlı ağacdələn təxminən 33 sm boyunda və 100-135 qram ağırlığında orta ölçülü bir quşdur. Yetkin quşların lələkləri çox fərqlidir: qara üz, sarı boğaz, yaşıl qanadlar, qırmızı bel və ağ qarın. Onların ağ/sarı gözləri var və bəzi fərdlərin gözündən boynuna qədər incə ağ xətt uzanır. Erkəklərin qırmızı tacı var, dişilərin isə tamamilə qara tacı var və qırmızı lələk yoxdur. Cavan fərdlər yetkinlərdən daha az rənglidir və cavan erkəklərin başında daha az qırmızı tac lələyi olur. Taksonomiyaıs Qara başlı ağacdələn, Ağacdələnlər fəsiləsinin və Ağacdələn cinsinin üzvüdür. Ən çox "Avropa yaşıl ağacdələni" (Pviridis) və "boz başlı ağacdələn" (Pcanus) ilə yaxın qohum hesab edilirdi. Lakin son tədqiqatlar bu filogenetik əlaqəni şübhə altına alır.
Yarımnövləri "Picus erythropygius nigrigenis" (Hume, 1874) – Myanma və Şimal-Qərb/Qərb Tayland. Bu yarımnöv daha çox yayılıb və qara dimdiyi ilə tanınır. "Picus erythropygius erythropygius" (Elliot, 1865) – Şimal-Şərq Tailand və Hind-Çin. Bu yarımnövün ağ dimdiyi var. Yayılması və yaşayış mühiti Qara başlı ağacdələnlərə Kamboca, Laos, Myanma, Tailand və Vyetnamda rast gəlinir. Əsasən enliyarpaqlı və iynəyarpaqlı meşələrin orta və alt qatlarında yaşayır. Onlar quru dipterokarp meşələrini, yarımhəmişəyaşıl meşələri, çay yanı meşələrini və savanna meşələrini üstün tutur. Bu quşlar hərəkətsiz (rezident) quşlardır. Qara başlı ağacdələnlər, digər ağacdələnlər kimi, əsasən həşəratlarla qidalanır və ağac qabığından həşəratları toplayır. Əsasən termitlər, həmçinin qarışqalar və digər həşəratlar və onurğasızlar ilə qidalanır. Onların çoxalması haqqında az məlumat var, lakin fevral-iyun ayları arasında çoxalır və yuvalarını ağaclarda qururlar. Təxminən 3-4 yumurta qoyurlar. Status Qara başlı ağacdələn hal-hazırda "ən az narahat edici" statusuna malikdir, lakin populyasiyaları azalır. Bu əsasən insan məskənləri və kənd təsərrüfatı sahələri səbəbindən yaşayış mühitinin məhv olması ilə əlaqədardır. 2003-cü ildə Tayland hökuməti tərəfindən qara başlı ağacdələn qorunan yabani həyat növü elan edilib. Bu növ həmçinin Tailandda bir çox yabani həyat sığınacaqlarında tapılır. İstinadlar
Xarici keçidlər
Black-headed woodpecker audio. :en:Macaulay Library – The Cornell Lab of Ornithology.
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənub-Şərqi Asiya quşları Kateqoriya:1865-ci ildə təsvir edilən quşlar