Praqanın Körpə İsası ( Pražské Jezulátko; Niño Jesús de Praga) — XVI əsrdə İspaniyada düzəldilmiş Körpə İsanın mumla örtülmüş taxta heykəli. Hal-hazırda Çexiya Respublikasının Praqa şəhərində, Malá Strana rayonunda, Karmelitská 9 ünvanındakı Ayaqyalın Karmelitlər ordeninə məxsus Qalib Məryəm Ana kilsəsində nümayiş etdirilir.

Dini rəvayətlərə görə ilk dəfə 1556-cı ildə üzə çıxan bu heykəl Avilalı Terezaya (Karmelitlər ordenini yaratmış qadın) məxsus olmuş, sonradan 1628-ci ildə şahzadə Poliksena Lobkoviç tərəfindən Karmelit kilsəsinin yoxsul keşişlərinə hədiyyə edilmişdir.

Karmelit kilsəsi rahibələri heykəli İmperator reqaliyasına uyğun başında qızıl tacla bahalı parçadan tikilmiş mantiya geyindirərərk dəbdəbəli obrazda nümayiş etdirirlər. Körpə İsa heykəli sol əlində xaç tutur, onun sağ əli xeyir-dua jesti ilə qaldırılır. Heykəlin düzəldilməsinin 100 illiyi, həmçinin 1655-ci ildə Praqa yepiskopunun tacqoyma mərasimindən bu günə kimi hər il Milad bayramında və may ayının ilk bazar günü ona səcdə edilir. Tarixi Körpə İsa heykəlinin mənşəyi dəqiq məlum deyil, lakin tarixi mənbələrdə hazırda İspaniyanın Asturiya muxtar bölgəsində yerləşən Santa Maria de la Valbonna Sistersiya monastırında saxlanılan sağ əlində quş tutan Müqəddəs Uşağın 48 santimetrlik (19 düymə) heykəli haqda qeydlər yer alıb. İspaniyadakı heykəl 1340-cı ildə düzəldilmişdir. Orta əsrlərdə buna bənzər bir çox heykəllər Avropanın tanınmış heykəltəraşları tərəfindən oyularaq düzəldilmişdir. Erkən orta əsərlərdə quş - insan qəlbini və ya Müqəddəs Ruhu simvolizə edirdi. Həmin dövrdə Müqəddəs Körpə heykəlləri dövrün aristokratik dəbini əks etdirən imperator geyimində olurdular.http://www.infantjesus.com/new/devotion.htm Infant Jesus .com :: Devotion. 2018-10-05

Əfsanələrin birində Kordova ilə Sevilya arasında tərk edilmiş bir monastırda hansısa rahibin ona dua etməyi əmr edən kiçik oğlan uşağını gördüyü deyilir. Rahib bir neçə saat dua etdikdən sonra həmin uşağın heykəlini düzəltmişdir, deyirlər.

Habsburqlar sülaləsi 1526-cı ildə Bohemiya Krallığını idarə etməyə başladıqdan sonra İspaniya ilə sıx əlaqələr qurmuşlar. Bu heykəl ilk dəfə 1556-cı ildə Мariya Maksimiliana Manrikes de Lara-i-Mendosa çex zadəganı II Vratislav Pernşteynə ərə gəldikdən sonra aşkar edilmişdir. Lobkoviç ailəsinin rəvayətinə görə bu heykəli Mariyanın anası donya İzabellaya Avilalı Terezanın özü toy hədiyyəsi olaraq hədiyyə etmişdir.M. Santini: The Holy Infant of Prague. Martin, Prague, 1995 O da öz növbəsində heykəli 1587-ci ildə qızı Poliksena Lobkoviç ərə gedərkən toy hədiyyəsi olaraq ona hədiyyə etmişdir. 1628-ci ildə isə şahzadə Poliksena Lobkoviç Körpə İsa heykəlini Ayaqyalın Karmelitlər (Ağ Qardaşlar) ordeninin yoxsul rahiblərinə bağışlamışdır. Deyilənə görə, şahzadə Poliksena onu təqdim edərkən belə söyləyibmiş: "Möhtərəm atalar, mən sizə ən qiymətli xəzinəmi gətirirəm. Buna hörmət etsəniz heç vaxt kasıb olmayacaqsınız." Cruz OCDS, Joan Carroll, Miraculous Images of Our Lord, TAN Books and Publishers, Inc, 1995 ISBN 0-89555-496-8

Bundan sonra heykəl Praqada Qalib Məryəm Ana monastırının ibadətgahında nümayiş etdirilmiş və gündə iki dəfə Körpə İsaya xüsusi dualar edilmişdir. Karmelit monastırında yaşayan yeniyetmələr Körpə İsanın hüzurunda yoxsulluq andı içmişlər. Karmelitlərin dindarlığını və ehtiyaclarını öyrəndikdən sonra Habsburq imperatoru II Ferdinand onlara 2000 florin və aylıq təqaüd ayırmışdır.https://www.pragjesu.cz/en/the-history-and-veneration-of-the-prague-infant-jesus/ "The History and Veneration of the Infant Jesus of Prague", pragjesu.cz

1630-cu ildə karmelitlər kilsəsinin apostolluğu Münhenə köçürülmüşdür. Otuzillik müharibənin Bohemiyada yaratdığı qarışıqlıqdan sonra heykələ ehtiram dayandırılmışdır. 15 noyabr 1631-ci ildə İsveç kralı II Qustav Adolfun ordusu Bohemiyanın paytaxtını ələ keçirmiş, karmelit monastrını talan etmiş və Körpə İsanın heykəli qurbangahın arxasındakı zibilliyə atılmışdır. Bir müddət heykəlin yerləşdiyi kilsə hərbi xəstəxanaya çevrilmişdir.Eduard Škoda: Pražské svatyně, Praha : Libri 2002, ISBN|80-7277-098-5 Altı ildən sonra, 1637-ci ildə Kiril Ata (Lüksemburqlu Nikolaus Şokvayler və ya Şovilerq) bu heykəli qolları qırıq vəziyyətdə tapmışdır. Kiril Atanın dua edərkən belə bir səs eşitdiyi deyilir: "Mənə yazığınız gəlsin, mən də sizə rəhm edərəm. Əllərimi mənə qaytarın, mən də sizə əmin-amanlıq gətirim. Mənə nə qədər hörmət etsəniz, bir o qədər çox sizə xeyir-dua edərəm." Bundan sonra Kiril Ata heykəli təmir etmişdir.https://www.shrineofinfantjesus.com/about-us/history-miraculous-infant-jesus-prague "History - Miraculous Infant Jesus of Prague", National Shrine of the Infant Jesus of Prague, Prague, Oklahoma

O vaxtdan heykəl Praqada qalmış və dünyanın hər yerindən bir çox möminləri Müqəddəs Körpəyə hörmət etməyə cəlb etmişdir. Körpə İsaya dua edənlərin çoxu ondan lütf, xeyir-dua və şəfalar diləyirlər.http://www.ewtn.com/library/CHRIST/INFHIST.TXT Wong, Anders, "History of the Infant Jesus of Prague"

Bir çox katolik kilsələrində nümayiş etdirilən Körpə İsa heykəllərində bu sitata rast gəlinir: "Mənə nə qədər çox hörmət etsəniz, sizə bir o qədər çox xeyir-dua verərəm." J Gordon Melton. The Encyclopedia of Religious Phenomena|url= https://books.google.com/books?id=FQFlCwAAQBAJ&pg=PA152 2007, Visible. ISBN 978-1-57859-230-2, pages 151–152

1739-cu ildə Avstriya əyalətinin karmelitləri adi apostolluqdan çıxaraq xüsusi ehtiram statusu almışlar və 1741-ci ildə heykəl apostol kilsəsi istiqamətində Praqadakı Qalib Məryəm Ana kilsəsinə köçürülmüşdür.

Körpə İsa heykəlinin nüsxələri 1680-ci ildə Polşaya gətirilmiş və şüşə arxasında saxlanılmışdır. Polşa və Bohemiyada bu heykəl çox məşhur olmuşdur.Rosa C. Tenazas|title=The Santo Niño of Cebu https://books.google.com/books?id=exkkAQAAIAAJ.1965. Catholic Trade School, University of San Carlos|pages=9–10LW Reilly|title=Our Young People, Volume 20, Number 6 https://books.google.com/books?id=PBPZAAAAMAAJ&pg=PA176 1911. Wisconsin: St Francis Press. Pages 175–176 XVII əsrdə kilsədə aparılan islahatlar nəticəsində Müqəddəs Körpə heykəli Cənubi Afrika, Avstraliya, Karib hövzəsi, Tayland və Şri-Lankadakı xristian icmaları arasında yayılmağa başlamışdır.Sally Ann Ness. Body, Movement, and Culture: Kinesthetic and Visual Symbolism in a Philippine Community. https://books.google.com/books?id=ctOtCwAAQBAJ&pg=PA62 2016. University of Pennsylvania Press. ISBN 978-1-5128-1822-2. Pages 62–63

1961-ci ilin 1 avqust tarixində heykəli kilsədən oğurlamışlar. Cinayətin üstü sonradan açılsa da, onun hansı şəraitdə və necə baş verməsi hələ də qaranlıq olaraq qalmaqdadır.Citace elektronického periodika. Janečková Bronislava. Krádež Pražského Jezulátka. Historie českého zločinu. Český rozhlas. http://www.rozhlas.cz/dvojka/historiezlocinu/_zprava/kradez-prazskeho-jezulatka--1653989 29.09.2016

Heykəlin təsviri

Heykəl 48 santimetr hündürlüyündə körpə İsanı təsvir edir. O, ağacdan oyularaq kətanla örtülmüşdür. Heykəlin səthi rəngli mumdan qəliblənmişdir.https://web.archive.org/web/20150809111754/http://www.praguecityline.com/prague-monuments/infant-jesus-of-prague-basic-information "Statue of the Infant Jesus", Prague City Line Mumun səthi olduqca kövrək olduğundan, onu qorumaq üçün beldən aşağı hissəsini gümüş qutuya bağlamışlar.http://www.pragjesu.info/en/statue-of-infant-jesus/ "The statue of Infant Jesus of Prague", Our Lady of Victory Church. 7 April 2014

Təxminən 1788-ci ildə heykəlin qaldırılmış sağ əlindəki iki barmağına üzük taxılmışdır. Bu, çex zadəgan ailəsinin qızının sağalmasına görə etdiyi minnətdarlıq hədiyyəsidir. Bəzi mənbələrdə göstərilir ki, heykəlin əvvəlki pariki ağ rəngdə olmuşdur. Rokoko dövründə ona yeni parik düzəltmişlər.Ball, Ann. "A Handbook of Catholic Sacramentals," Our Sunday Visitor Publishing Division, Our Sunday Visitor.

Bohemiya qrafı Bernhard İqnats Borzita fon Martineç 1655-ci ildə ilk dəfə olaraq Körpə İsa heykəli üçün tac düzəltdirmişdir, lakin ehtimal olunur ki, o, itmişdir. Hazırda heykəlin başındakı tac 1810-1820-ci illərdə hazırlanıb. Bu tacdan başqa 1767-ci ildə hazırlanmış başqa bir tac da mövcuddur. Hər iki tac Praqa zərgərləri tərəfindən hazırlanmışdır. Heykəl çox zərif olduğundan tac birbaşa onun başına taxılmır, Körpə İsanın başının üstündən ayrıca asılaraq bərkidilir.

2009-cu ildə Praqaya səfəri zamanı Roma Papası XVI Benedikt heykələ yeni tac bağışlamışdır.https://www.pragjesu.cz/en/coronation-celebration/ "The Prague Infant Jesus' Coronation Celebration", pragjesu.cz

Geyimləri

Körpə İsa heykəlinə xeyirxah insanlar tərəfindən bir neçə bahalı, naxışlı paltarlar hədiyyə edilmişdir. Onların arasında İmperatriça Mariya Tereza və Avstriya İmperatoru III Ferdinandın hədiyyə etdikləri geyimlər də var. Kolleksiyanın ən diqqətəlayiq geyimi sincab xəzi ilə bəzədilmiş mantiyadır. Onu Pasxa bayramından sonrakı ilk bazar günü, 4 aprel 1655-ci ildə Praqa arxiyepiskopu Ernst Adalbert fon Harraxın tacqoyma mərasiminin ildönümündə heykələ geyindirmişlər.

1713-cü ildən liturgiya normalarına uyğun olaraq heykəlin geyimini dəyişməyə başlamışlar. Körpə İsanın digər bahalı geyimləri arasında müxtəlif qiymətli daşlarla bəzədilmiş, qızılı saplarla işlənmiş paltarlar və heykəl üçün xüsusi olaraq əllə toxunmuş ipək parçalar, həmçinin krujeva daxildir.

Heykəlin geyindirilməsi mövsümə və liturgik bayramın təbiətinə görə dəyişir.Adətən dörd rəngdən istifadə olunur:

Yaşıl – Adi günlərdə; Bənövşəyi – Oruc, Streteniye (Körpə İsanın 40-ı çıxandan sonra camaata göstərilməsi bayramıı) və Advent zamanı; Qırmızı – Milad və Pasxa bayramlarında, həmçinin Müqəddəs Həftə (Pasxa bayramından əvvəlki son həftə), Troitsa (Ata, Oğul və Müqəddəs Ruh) və Müqəddəs Xaç (İsa peyğəmbərin çarmıxa çəkildiyi xaçı tapmaq və ya ucaltmaq şərəfinə qeyd olunan bayram) bayramlarında; Ağ - Pasxa və Milad bayramları ərəfəsində.

Təntənəli tacqoyma mərasimi zamanı heykələ sincab xəzi ilə bəzədilmiş mantiya geyindirilir.

Bəzən xüsusi hallarda digər rənglər də istifadə olunur:

Çəhrayı - Milad bayramının 3-cü bazar günü və Orucluğun 4-cü bazar günü; Qızılı - digər rəngləri əvəz edə bilən bayram rəngidir; Kral mavisi – Mübarək Məryəmin qüsursuz konsepsiyası və Mübarək Məryəmin Fərziyyəsi bayramları zamanı.http://www.prahafx.ru/religion/jezulatko/jezulatko2.htm

Heykələ səcdə

Praqa Mərkəzi Avropanın ən böyük ziyarət mərkəzlərindən biridir. Praqada Körpə İsanın heykəlinin yerləşdiyi kilsədə çex, ispan, italyan, ingilis və alman dillərində müntəzəm olaraq kütləvi mərasimlər keçirilir. Praqanın Körpə İsa Bayramı Mücəssəmə sirrinə həsr olunub və yanvarın 14-də qeyd olunur.https://www.nationalshrine.org/blog/what-is-the-origin-of-the-infant-jesus-of-prague/ "What is the origin of the Infant Jesus of Prague?", The Basilica of the National Shrine of the Immaculate Conception Hər il may ayının ilk bazar günü dindarlar və turistlərin izdihamı arasında tacqoyma mərasimi adı altında heykəlin surəti ilə 45 dəqiqəlik ictimai yürüş keçirilir. https://www.efe.com/efe/english/corporate/infant-jesus-of-prague-procession-traverses-city-surrounded-by-worshippers/50000271-3606977 "Czech Rep. Procession", Agencia EFE Martineç qraflarının təşəbbüsü ilə keçirilən ilk yürüş 1651-ci ildə baş tutmuşdur. Həmin vaxtı Körpə İsanın heykəli Praqanın bir kilsəsindən digərinə aparılmışdır.