Passerina caerulea — "Cardinalidae" fəsiləsinə aid olan orta ölçülü Şimali Amerika ötücü quşu. Əsasən köçəridir, qışı Mərkəzi Amerikada keçirir, şimali Meksika və cənubi ABŞ-də çoxalır. Erkək fərd mavi rəngdədir və qanadlarında iki qəhvəyi zolaq var. Dişi fərd əsasən qəhvəyi rəngdədir, üst hissələrində tək-tək mavi lələklər və qanadlarında iki qəhvəyi zolaq var.

Təsvir

Erkək "Passerina caerulea" tünd mavi rəngdədir, qanadlarında qara və qəhvəyi lələklər var. Dişi fərd əsasən qəhvəyi rəngdədir. Hər iki cins böyük və dərin dimdiyi və iki qəhvəyi qanad zolağı ilə fərqlənir. Bu xüsusiyyətlər, həmçinin baltadimdiyin nisbətən daha böyük ölçüsü, bu növü "indigo baltadimdik"dən fərqləndirir. Uzunluğu 14–19 sm, qanadları isə 26–29 sm arasında dəyişir. Çəkisi 26–31,5 qram arasındadır.CRC Handbook of Avian Body Masses by John B. Dunning Jr. (Editor). CRC Press (1992), .

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:ABŞ quşları Kateqoriya:Meksika quşları Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları