Eyxman Qüdsə qədər: Kütləvi Qatilin Sakit Həyatı () — alman müəllifi Bettina Ştanqnetin kitabıdır. Əsər ilk dəfə 2011-ci ildə alman dilində nəşr olunmuş, 2014-cü ildə ingilis dilində, 2023-cü ildə isə rus dilində nəşr edilmişdir.

Kitab, Hanna Arendtin “Şərin bayağılığı: Eyxman Yerusəlimdə” (Eichmann in Jerusalem: A Report on the Banality of Evil) adlı əsərində Adolf Eyxmanla bağlı yaratdığı portreti yenidən nəzərdən keçirir. Arendt Eyxmanı düşüncəsiz və intellektsiz bir bürokrat kimi təqdim etmişdir. Ştanqnet isə əsərində göstərir ki, Eyxmanın əməlləri təsadüfi və mexaniki qərarların deyil, nasist ideologiyasına dərindən bağlı olan və gördüyü işlərlə fəxr edən bir şəxsin qəsdən və məqsədli şəkildə atdığı addımların nəticəsi olmuşdur.

İstinadlar

Kateqoriya:Adolf Eyxman Kateqoriya:2011-ci ilin qeyri-bədii kitabları Kateqoriya:Nasizm haqqında kitablar