Con I de Balliol (; ) — Şotlandiyalı dövlət xadimi və xeyriyyəçi. Balliol sülaləsinin 5-cı baronu.Balliol , John de (b. before 1208, d. 1268) // Oxford Dictionary of National Biography (англ.). Oksford Universitetinin nəzdində olan Balliol Kolleci onun adını daşıyır. Həyatı Con I de Balliol Anqlo-Norman mənşəli zadəgan Şotlandiya ailəsi olan Balliol sülaləsinə mənsub şəxs olub. O, Balliol baronu Barnard Qalası və Qeynfordun Lordu Baron Huq de Balliolun ailəsində anadan olub.http://aalt.law.uh.edu/AALT4/JUST1/JUST1no618/aJUST1no618fronts/IMG_1246.htm ; third entry, mentioning Simon de Montfort & the Battle of Lewes, in line 4
1233-cü ildə o, kelt-şotland zadəgan ailəsi olan Qalovey sülaləsi üzvü Dervorqilla ilə nigaha daxil olub. Onların övladı I Con sonradan 1292—1296-cı illərdə Şotlandiya kralı olub.
Durham yepiskopunun dəstəyi ilə Con de I Balliol 1263-cü ildə Oksford Universitetinin nəzdində Balliol Kollecinin əsasını qoyub.
Con 1268-ci il oktyabrın 27-də vəfat edib.
Onun vəfatından sonra onun dul qalan arvadı kollecin işlərinə rəhbərlik edib. O, daima kollecin ehtiyacları üçün vəsait toplamaqla məşğul olub. Dervorqilla Qalovey-de Balliol 1282-ci ildə təhsil müəsissəsinin "nizamnamələrini" (səlahiyyətləri, vəzifələri və hüquqları) tərtib edib.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər History of the Baliol Family in Scotland
Kateqoriya:Mesenatlar