Antifosfolipid sindromu (AFS) və ya fosfolipid sindromu antifosfolipid anticisimlərinin yaratdığı otoimmün hiperkoaqulyasiya halıdır. AFS arteriyalarda və venalarda qan laxtalanmasına (tromboz) səbəb olur. Hamiləlik dövründə isə bu sindrom erkən doğuşa, ölü dölün doğulmasına və ya ağır dərəcəli preeklampsiyə səbəb ola bilir.
Antifosfolipid sindromunun (AFS) diaqnozunun qoyulması üçün diaqnostik meyarlar, tromb və ya hamiləliklə bağlı ağırlaşma kimi bir klinik halın olmasından və qanda antifosfolipid antikorlarının aşkarlanması üçün iki qan analizinin aparılmasından ibarətdir. Bu analizlər azı üç ay fasilə ilə aparılmalıdır. Qan analizlərində Volçanka antikoaqulyantı (lupus antikoaqulyantı) və ya Anti-beta-2-glikoprotein I antikoru təsdiqləməlidir.
Antifosfolipid sindromu birincili və ya ikincili olur. Birincili antifosfolipid sindromu digər xəstəliklərlə əlaqəli olmayaraq əmələ gəlir. İkincili antifosfolipid sindromu isə sistemik lupus eritematosus kimi digər otoimmün xəstəliklərin nəticəsi olaraq əmələ gəlir. Bəzi hallarda AFS ölümlə nəticələnən, çox saylı orqan çatışmazlığına gətirib çıxaran katastrofik antifosfolipid və ya Aşerson sindromuna səbəb olur. Bu xəstəlikdən əziyyət çəkən xəstələrin təxminən 28% -ində ağciyər xəstəlikləri inkişaf edir.
Kəşf tarixi Antifosfolipid sindromu ilk dəfə 1980-ci illərdə sistemik lupus eritematozu və trombozu olan insanlar üzərində aparılan anticisim müşahidələri nəticəsində tam təsvir edilmişdir. Londondakı St Thomas Xəstəxanasında işləyən revmatoloq Qrem R. V. Hughes bu sindromu ətraflı təsvir etdikdən sonra, onun şərəfinə bu sindromu bəzən "Hughes sindromu" olaraq da adlandırırdılar.
Simptomları Trombozlar və ya hamiləliklə bağlı ağırlaşmalar olmadığı halda qanda antifosfolipid antikorlarının mövcudluğu təkbaşına AFS (antifosfolipid sindromu) diaqnozunu göstərmir. Antifosfolipid sindromu orqanizmin istənilən arteriyalarında və ya venalarında qan laxtalanmasına və ya hamiləliklə bağlı ağırlaşmalara səbəb ola bilər. AFS olan pasiyentlərdə ən çox görülən əlamət aşağı ətrafların dərin vena trombozu və arterial trombozdur. AFS-dən əziyyət çəkən hamilə qadınlarda isə düşük, dölün inkişafdan qalma sindromu (DİQS) və erkən doğuş riski artır. Bu kimi ağırlaşmaların əsas səbəbi çox zaman plasentanın infarktı (qan təchizatının pozulması) olur.
AFS diaqnostik meyarlarına daxil olmayan, lakin tez-tez rast gəlinən digər əlamətlərə trombositlərin sayının azalması (trombositopeniya), ürək xəstəlikləri, retikulyar asfiksiya (dəri üzərində torşəkilli göyərmələr) aiddir. Antifosfolipid antikorları ilə baş ağrıları, miqren, osillopsiya (görmədə dalğalanma, hərəkətli təsvirlər) arasında da əlaqə müşahidə olunmuşdur. Bəzi tədqiqatlar göstərmişdir ki, psixoloji simptomları olan pasiyentlərin qanında və beyin və onurğa sütunu mayesində antifosfolipid antikorlarına rast gəlinir. Birinci dərəcəli AFS-nin daha sonra sistemli qırmızı volçanka (lupus) xəstəliyinə keçdiyi hallara da rast gəlinmişdir.
Akuşerlik antifosfolipid sindromu Son illərdə akuşerlik antifosfolipid sindromu özünün spesifik klinik görünüşü, inkişafı və diaqnostik xüsusiyyətlərinə görə müəyyən edilir.
Hamiləlik dövründə AFS-nin yayılması öyrənilən populyasiyadan və fosfolipidlərə qarşı antikorların ölçülməsi meyarlarından asılı olaraq dəyişir. Səbəbi bilinməyən təkrarlanan düşüklərin 7-dən 25%-ə qədəri antifosfolipid anticisimlərinin olması ilə əlaqədardır. Hamiləlik itkisi olan qadınlarda antifosfolipid antikorların yayılmasının 4,6%-dən 50,7%-ə qədər (orta hesabla 15,5%) olduğu təxmin edilir.
Akuşerlik antifosfolipid sindromunda diaqnoz üçün klinik əlamətlər aşağıdakılardır:
Hamiləliyin erkən mərhələlərində üç və ya daha çox düşük (hamiləliyin 10-cu həftəsinə qədər); 10 həftədən sonra baş verən düşük; Eklampsi və ya plasental çatışmazlıq səbəbindən 34 həftədən əvvəl baş verən bir və ya daha çox vaxtından əvvəl doğuşlar.
AFS nəticəsində hamiləliyin itirilməsinin necə baş verdiyi mürəkkəb bir haldır və tam başa düşülməmişdir. Antifosfolipid anticisimlərin yaratdığı hiperkoaqulyasiya vəziyyəti plasenta infarktı və spiral arteriyaların trombozu və vaskulopatiyasına səbəb olur ki, bu da villöz boşluğa normal qan axınını azaldır və döllə qazların və qida maddələrinin mübadiləsində çətinliklər yaradır. Bu da, öz növbəsində uteroplasental çatışmazlığa və intrauterin inkişafın ləngiməsinə, hipoksiya əlamətlərinə (anormal dölün ürək dərəcəsi), oliqohidramniozlara, fetal distressə, vaxtından əvvəl doğuşa və ya düşüyə səbəb olur. Hal-hazırda, təsvir edilən protrombotik mexanizmlərlə AFS antikorlarının trofoblasta birbaşa zərər vermə ehtimalı ilə bağlı mübahisələr davam edir. Bundan əlavə, ehtimal edilir ki, AFS ilə əlaqəli hamiləliyin erkən dövrlərində baş verək düşüyün patogenezi, daha gec dövrlərdə baş vermiş hamiləlik fəsadlarından fərqlidir. Embrionun endometriuma implantasiyası trofoblast və desidua ilə yaxından əlaqəli bir sıra hadisələri əhatə edən dinamik bir prosesdir. Trofoblastın funksional vəziyyətindəki hər hansı dəyişiklik implantasiya uğursuzluğuna səbəb ola bilər. AFS-nin eksperimental modellərindən sübutlar var ki, AFS antikorları birbaşa olaraq trofoblasta təsir göstərə bilər, bununla da onun diferensiasiyasını və formalaşmasını dəyişdirir və birbaşa hüceyrə zədələnməsinə, apoptoza, sinsitiumun əmələ gəlməsinin qarşısını alır, insan xorionik qonadotropinin (hCG) səviyyəsinin azalmasına və implantasiya uğursuzluğuna səbəb olur. Erkən hamiləlik itkilərində AFS-nin plasenta və trofoblast hüceyrə apoptozuna birbaşa təsiri daha böyük əhəmiyyət kəsb edə bilir. Həmçinin, insan plasentasının patoloji tədqiqatları komplement sistemi və proinflamatuar sitokinlər vasitəsilə AFS-nin proinflamatuar qabiliyyətini göstərmişdir.
Akuşerlik AFS-nin müalicəsinə bu sahədə təcrübəsi olan revmatoloqlar, ginekoloqlar və internistlər kimi multidissiplinar mütəxəssislər qrupu cəlb edilməlidir. Aspirin və heparinin aşağı dozaları ilə müalicə yaxşı nəticə verir. Müalicənin müvəffəqiyyəti yalnız tibbi müdaxiləyə deyil, həm də hamiləlik boyu, həmçinin konsepsiyadan əvvəl və doğuşdan sonrakı dövrlərdə ciddi monitorinq və müşahidəyə əsaslanır.
AFS-nin genetik markerləri Antifosfolipid sindromuna genetik meyl müxtəlif genlərlə, o cümlədən HLA sisteminin genləri ilə əlaqələndirilə bilər.
HLA genləri haplotiplər, yəni gen variantlarının birləşməsi ilə miras alınır, buna görə həm allel, həm də haplotip, yəni müxtəlif genlərin allellərinin birləşməsi əlaqəli genotip kimi göstərilə bilər.
Aşağıda birincili və ikincili antifosfolipid sindromunun inkişafı, fosfolipidlərə və kofaktorlara qarşı anticisimlərin olması və lupus antikoaqulyantı ilə əlaqəli HLA-nın HLA antigenləri, allelləri və onların birləşmələri (haplotipləri) verilmişdir.
DRB1*04. Ümumi haplotiplər DRB1*04 - DQB1*03:02 (DR4-DQ8) və ya DRB1*04 - DQB1*03:01 (DR4-DQ7.3) DRB1*07. Tez-tez haplotip - DRB1*07 - DQA1*02:01 - DQB1*03:03 (DR7-DQ9.2) DRB1*13:02. Tez-tez haplotip - DRB1*13:02 - DQA1*01:02 - DQB1*06:04/06:05 (DR13(6)-DQ6) DQB1*03:01 (DR11(5)-DQ7.5) Yapon dilində DRB1*09 (DR9)-DQB1*03:03 Bundan əlavə, DRB1*08, *02, *03 variantları sistemik lupus eritematozu olan xəstələrdə ikincili antifosfolipid sindromunun inkişafı ilə əlaqələndirilir.
Sistemli lupus eritematozuslu xəstələrdə DRB1*16 və DRB1*11-in olması hamiləlik zamanı fəsadların inkişafı faktorudur."Анализ HLA. HLA при невынашивании беременности, бесплодии, неудачных попытках ЭКО. HLA-типирование. Гистосовместимость." https://www.cironline.ru/ciropedia/analiz-hla-hla-pri-nevynashivanii-beremennosti-besplodii-neudachnykh-popytkakh-eko-hlatipirovanie-gi/
Patogenezi Antifosfolipid sindromunun inkişafı üçün risk faktorları birincili AFS üçün bu genetik marker HLA-DR7, ikincili AFS üçün genetik markerlər HLA-B8, HLA-DR2 və DR3-HLA, həmçinin sistemik lupus eritematosus və ya digər otoimmün xəstəliklərdir.
Antifosfolipid sindromu antifosfolipid anticisimlərin (antikardiolipin antikorları və lupus koaqulyantı) plazma membranlarında anion fosfolipidlərə bağlanan zülallarla qarşılıqlı əlaqədə olduğu otoimmün xəstəlikdir. Bir çox digər otoimmun xəstəliklər kimi, bu sindrom da kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Xəstəliyin dəqiq səbəbi məlum olmasa da, qan laxtalanma sisteminin aktivləşməsinin səbəblər arasında olduğu sübut edilmişdir. Klinik əhəmiyyətli antifosfolipid antikorlar (otoimmün proses nəticəsində yarananlar) tromboz və damar xəstəlikləri ilə əlaqələndirilir.
Müalicəsi Bu xəstəlik tez-tez trombositlərin aktivləşdirilməsini maneə törədən və antiplatelet agenti kimi fəaliyyət göstərən (varfarin antikoaqulyant kimi fəaliyyət göstərir, qanın laxtalanmasını maneə törədir) aspirinlə (daha az tez-tez varfarinlə) müalicə olunur. Varfarin ilə profilaktik müalicənin məqsədi xəstənin INR-ni 2.0 ilə 3.0 arasında saxlamaqdır. Tromboz əlamətləri olmayan xəstələrə antikoaqulyantlar təyin edilmir. Hamiləlik dövründə varfarin əvəzinə aşağı molekulyar çəkili heparin və aşağı dozada aspirin istifadə olunur (plasentadan keçə bilir və teratogen təsir göstərir). Müalicəsi çətin olan hallarda xəstəyə immunoqlobulin, həmçinin plazmaferez da təyin oluna bilər.
Proqnozu Antifosfolipid sindromu (AFS) üçün uzunmüddətli proqnoz əsasən trombozun təkrarlanması ilə müəyyən olunur. Tromboz bəzi hallarda antitrombotik müalicəyə baxmayaraq, xəstələrin üçdə bir hissəsində yenidən baş verə bilər.
Populyar mədəniyyətdə Primer (ilkin) antifosfolipid sindromu “Doktor Haus (teleserial, 2004)” serialının altıncı mövsümünün beşinci seriyasında təsvir edilmişdir. Bu serialdakı xəstə müalicə nəticəsində sağalmışdır.
İstinadlar
Kateqoriya:Autoimmun xəstəlikləri Kateqoriya:Qan xəstəlikləri Kateqoriya:İnsan xəstəlikləri və pozuntuları Kateqoriya:Nevroloji xəstəliklər Kateqoriya:Nevroloji sindromlar Kateqoriya:Revmatologiya Kateqoriya:Qana təsir edən sindromlar Kateqoriya:Mamalıq sənəti