Aulacorhynchus coeruleicinctis (Mavi zolaqlı tukankimi) — Ramphastidae fəsiləsinə aid olan qeyri-sərçəkimilər qrupuna daxil olan bir quş növü.

Təsvir

"Aulacorhynchus coeruleicinctis" 40-44 sm uzunluğunda və 173-257 qram çəkiyə malikdir. Erkək və dişi fərdlər eyni görünüşə malikdir. Yetkin fərdlərin dimdiyi mavi-şabalıdı rəngdədir. Lələkləri əsasən yaşıldır, qırmızı sağrı, ağ boğaz, sinə üzərində mavi zolaq və yaşıl-sarı quyruqaltı örtükləri var. Gözlərinin üstündə mavi və ağ supercillium (qaş xətti) və göz altında açıq mavi ləkələr var. Gözləri ağdan sarı və qırmızımtıl-qəhvəyiyə qədər dəyişən rəngdə ola bilər və tünd boz dəri ilə əhatə olunub. Quyruğu əsasən yaşıldır, mərkəzi lələklərin ucları paslı rəngdədir. Cavan fərdlər yetkinlərdən daha solğun rəngdədir, lakin digər cəhətdən oxşardır.Short, L.L. (2020). Blue-banded Toucanet (Aulacorhynchus coeruleicinctis), version 1.0. In Birds of the World (J. del Hoyo, A. Elliott, J. Sargatal, D. A. Christie, and E. de Juana, Editors). Cornell Lab of Ornithology, Ithaca, NY, USA. https://doi.org/10.2173/bow.blbtou1.01 retrieved December 20, 2022

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1840-cı ildə təsvir edilən quşlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:1840-cı ildə təsvir edilən heyvanlar