thumb|right|Vaşinqtondakı bir divarda görünən qara pişik. İblis pişiyi () – ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən hökumət binalarında məskunlaşdığına inanılan kabus pişik. ABŞ Konqres Binasında və Ağ Evdə məskunlaşdığı iddia olunmuşdur.

Tarixi İblis pişiyi haqqında hekayələr 1800-cü illərin ortalarına qədər uzanır. Həmin dövrdə ABŞ Konqres Binasının yeraltı tunellərinə siçan və siçovulları tutmaları üçün pişiklər gətirilirdi. Əfsanəyə görə İblis pişiyi bu cür pişiklərdən biri olmuş, hətta öldükdən sonra belə buranı tərk etməmişdir. Onun evinin Konqres binasının zirzəməsində yerləşən, Corc Vaşinqtonun dəfni üçün nəzərdə tutulmuş sərdabə olduğu iddia olunmuşdur.

Əfsanəyə görə pişik prezident seçkilərindən və Vaşinqtondakı faciələrdən öncə görünür. Ağ Evin mühafizəçilərinin Con Kennedi və Avraam Linkolnun qətlindən öncə bu pişiyi gördükləri iddia olunmuşdur. İblis pişiyi qara və ya zolaqlı pişik kimi təsvir olunmuş, ev pişiyinin ölçüsündə olduğu bildirilmişdir. Lakin bəzi şahidlər pişiyin "nəhəng pələng" və ya fil ölçüsünə qədər böyüyə bildiyini, 3 metr uzunluğunda və 3 metr hündürlüyündə ola bildiyini bildirmişdirlər. Pişik partlaya və ya şahidə hücum edə, qurbanını yaxlamazdan öncə yoxa çıxa bilərdi.

1890-cı illərdə pişiyin gözlənilməz şəkildə yoxa çıxdığı bildirilmişdir: Konqres binası mühafizəçiləri ona atəş açmış, mühafizəçilərdən biri onu gördükdən sonra ürək tutmasından ölmüşdür. İblis pişiyinin 1940-cı illərdə – İkinci Dünya müharibəsinin son və ya sonrakı günlərində göründüyü iddia olunmuşdur.

İzah ABŞ Kapitol Tarixi Cəmiyyətinin rəhbər tur bələdçisi Stiv Livenquda görə Kapitol Polisi Konqres üzvlərinin tələblərə cavab verməyən dostlarını və qohumlarını işə götürməkdə ad çıxarmışdı. Bu cür işə götürülmüş şəxslər keşik zamanı tez-tez içkili olurdular. Livenquda görə İblis pişiyi haqqında əfsanə mühafizəçilərdən birinin içkili vəziyyətdə uzanarkən Konqres binasındakı pişiklərdən biri tərəfindən yalanması və mühafizəçinin onu nəhəng pişik zənn etməsindən sonra ortaya çıxmışdır. Livenquda görə həmin mühafizəçi bu insidenti rəisinə bildirəndə mühafizəçi dincəlməsi üçün evə göndərilmişdir və digər mühafizəçilər evə göndərilmək üçün İblis pişiyini gördükləri barədə iddialar qaldırmağa başlamışdırlar.

Həmçinin bax Bakeneko

İstinadlar

Kateqoriya:Kabuslar Kateqoriya:Şəhər əfsanələri Kateqoriya:Pişik folkloru Kateqoriya:Vaşinqtonda mədəniyyət Kateqoriya:Fövqəltəbii şəhər əfsanələri