Agama bibronii (Bibron aqama kərtənkələsi və ya Şimali Afrika qaya aqaması) — Şimal-Qərbi Afrikadan olan Agamidae fəsiləsinə aid bir kərtənkələ növü.
Təsvir
"Agama bibronii" orta ölçülü bir kərtənkələdir, ümumi uzunluğu 25–30 sm-ə qədər böyüyür, bunun 15 sm-i silindrik quyruqdan ibarətdir. Arxa tərəfdəki pulcuqlar nisbətən böyükdür və hər bir pulcuq digərləri ilə eyni ölçüdədir. Boynunda və başının yan tərəfində bəzi dikənlər var, boğazı isə qırışlıdır. Erkəklər dişilərdən daha iridir. Arxa tərəfi boz-yaşıl rəngdədir və qəhvəyi ləkələrlə işarələnmişdir, başı isə gözlərin ətrafında narıncı haşiyə ilə mavi rəngdədir. Çütləşmə dövründə erkəyin başı və bədəni mis-narıncı rəng alır, bədənin qalan hissəsi isə bənövşəyi-mavi rəngə çevrilir və quyruqda daha açıq rəngli halqalar görünür. Dişilər əsasən mavi-boz rəngdədir, arxa tərəfləri narıncı-sarı rəngdədir və qırmızı zolaqlarla işarələnmişdir. Rəng yaş və günəşə məruz qalma səbəbindən də dəyişə bilər. Cavan fərdlərdə yetkinlikdə dikənlərin çıxacağı yerlərdə tuberkullar var.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:1851-ci ildə təsvir edilən sürünənlər