Peridə Cəlal (; )–türkiyəli yazıçı.
Həyatı 1916-cı ildə İstanbulda dünyaya gəlib. Peridə anadan olmamışdan əvvəl valideynləri ayrılıb. Ögey atası müstəntiq olduğu üçün təyinat səbəbi ilə Anadolu və Qaradənizdə keçib uşaqlıq dövrü.
İlk təhsilini Heydərpaşa orta məktəbində oxuyub.
Yazıçı 2013-cü il iyun ayının 15 də dünyasını dəyişib. Ailə arasında keçirilən sadə yas mərasimindən sonra “Kurtköy Qəbristanlığı” nda dəfn olunub.
Karyerası
1935-ci il 27 noyabrda “Ağ qızın hekayəsi” adlı ilk hekayəsini Sedat Simavinin “Yeddi gün” adlı jurnalında P. Gəncay imzasıyla nəşr edilib. Daha sonra “Son Posta”, “Cumhuriyet”, “Tan” və “Milliyyət” qəzetlərində hekayələr nəşr edilib. “Tan” qəzetində tanış olduğu Peyami Safanın köməkliyi ilə fransız dilini təkmilləşdirib. Yazıçı olaraq özünü təkmişlləşdirmək məqsədi ilə İstanbulda yaşayan ana nənəsinin yanına köçüb Peridə, maddi gəlir əldə etmək üçün hər gün hekayələr yazıb və eyni zamanda İstanbul Elektrik Şirkətinin Nəşriyyat bölümündə katibə olarak işləyib. “Sönən Alov” adlı ilk romanı 1935 - ci ildə “Son Posta” qəzetində yayımlanıb və 1938 - ci ildə kitab olaraq dərc olunub.
Şair Nazim Hikmətlə dostluğu nəticəsində siyasət basqılarına səbəb olduğundan 1944-cü ildə vətəndən ayrılıb İsveçrəyə köçüb. Bu dönəmdə “Cumhuriyyət” qəzeti üçün “İsveçrə məktubları” başlığı ilə hekayələr yazıb.
1947- ci ildə Türkiyəyə qayıtdıqdan sonra vəkil Atıf Yönsel ilə ailə qurub. İki il Mətbuat və Yayım Baş İdarəsinin Xarici İşçilərlə Əlaqə Bürosunda, iki il “Yeni İstanbul” qəzetində, çox az müddət də “Milliyyət” və “Son posta” qəzetlərində işləyib.
1954-cü ildə “ Üç qadın romanı” adlı əsərini yazıb. Həyat yoldaşının maddi dəstəyi sahəsində yaşayışı rahatladığı üçün yaradıcılığı daha verimli hala gəlib.
Yazıçının “Üç İyirmi Dörd Saat" adlı romanı 1977-ci ildə “ Sedat Simavi Ədəbiyyat Mükafatı” na layiq görülüb. 1978-ci ikdə ilk hekayə kitabı olan “Yaquar” nəşr edilib. Bir zaman roman yazmağa ara verib.
Üç hekayə kitabından sonra yazdığı "Qurtlar" romanı ilə 1991-ci ildə Orxan Kəmal Roman hədiyyəsini qazanıb. Bu romandan sonra yenidən həkayə yazmağa yönəldi. 1996-cı ildə 15-ci İstanbul Kitap Sərgisində TÜYAP’ın “Əməkdar yazıçısı” seçilib. 2002-ci ildən sonra “Dəli eşq” romanı nəşr edilib və böyük marağa səbəb olub.
Yaradıcılığı
Romanlar Sönən alov (1938) Yay yağışı (1940) Ana qız (1941) Qızıl güldan (1941) Mən vurmadım (1941) Atmaca (1944) Eşqin doğuşu (1944) Ulduztəpə (1945) Dar yol (1949) Üç qadının romanı (1954) Qırxıncı otaq (1958) Gecənin ucundakı işıq (1963) Payız musiqisi (1966) Evli bir qadının gündəliyindən (1971) Üç iyirmi dörd saat (1977) Qurdlar (1990) Dəli eşq (2002)
Hekayələr
Yaquar (1978) Bir xanımın ölümü (1981) Pay davası (1985)
Kinosu çəkilən əsərlər
Atıf Yılmaz 1961-1969 -cu illərdə “Qızıl güldan” romanı əsasında 2 fərqli ssenari əsasında kino çəkib. Mehmeduh Ün 1965-ci ildə “Ulduz təpə” romanı əsasında kino çəkib. Sürəyya Duru 1988- ci ildə “Ada “ hekayəsi əsasında kino çəkib. TMC film studiyası tərəfindən 2002-ci ildə “Gecənin ucundakı işıq” adlı romanı əsasında serial çəkilib.
Həmçinin bax
Nilufər Kuyaş
Xarici keçidlər
Wayback Machine
İstinadlar