Mariya Viktoriya Ramires de Arelyano Kardona () — peşəkar fəaliyyətində Young Miko təxəllüsü ilə tanınan Puerto-Riko repçisi, müğənni, söz yazarı və keçmiş futbolçu. O, 2022-ci ildə latın trep musiqilərindən ibarət ilk minialbomu olan "Trap Kitty"ni təqdim edib. 2024-cü ilin aprel ayında isə Feid, Jowell & Randy, Villano Antillano, Elena Rose və Dei V kimi sənətçilərlə birgə işlədiyi ilk studiya albomu "Att."i dinləyicilərinin ixtiyarına verib.
Erkən illəri Puerto-Rikonun Anyasko şəhərində anadan olub. Mayagüezdəki katolik məktəbində oxuduğu illərdə şeir yazmağa maraq göstərib və ilk şeirlərini məhz həmin dövrdə qələmə alıb.
Şəxsi həyatı Young Miko öz cinsi oriyentasiyasını - lezbiyan olduğunu açıq şəkildə bəyan edir.
Diskoqrafiya Studiya albomları Att. (2024) Do Not Disturb (2025)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qadın futbol yarımmüdafiəçiləri