thumb|Yaxın infraqırmızı R136 şəkli. R136a1 hansı ki R136a2 ilə yxın mərkəzdədirlər. R136a3 aşağı sağdadır və R136b soldadır R136a1 (və ya başqa cür RMC 136a1) – ən massiv və ən parlaq ulduzlardan biridir, onun kütləsi 300 M☉ və parlaqlığı 4,7 milyondur L☉ birdə həmçinin ən isti ulduzdur, onun temperaturu 46,000 K. Volf-Raye ulduzudur hansı ki R136-nın mərkəzində Böyük Magellan buludundakı Tarantula dumanlığında (30 Doradus) NGC 2070 böyük açıq klaster ulduzlarının Mərkəzi qrupunda yerləşir. Bu çoxluq səmanın uzaq cənub yarımkürəsində binokl və ya kiçik teleskopla görülə bilər, böyüklüyü 7.25-dir. R136a1 özü çoxluqdan 100 qat daha zəifdir və yalnız "spekle interferometriyası" ilə müəyyən edilə bilər.

Tarixi thumb|Tarantula dumanlığında yerləşən R136 yığımı. Və həmçinin aşağı sağda R136a1/2/3 yerləşir İlk dəfə bu ulduz 1960-cı ildə Radcliffe Rəsədxanasında işləyən astronom qrupları Pretoriyada Böyük Magellan buludunda (BMO) parlaq ulduzların parlaqlığını və spektrlərini sistematik olaraq ölçdü. Bu obyektlər arasında R136a1 ulduzu mərkəzi ulduzu idi. Hansı ki Tarantula buludunda yerləşirdi və həmçinin çoxulduzlu sistemdir. Sonrakı müşahidələr göstərib ki, R136, müşahidə olunan Ulduzların yaxınlığında sıx ulduz əmələ gəlməsinin mərkəzi olan H II bölgəsi kimi tanınan ionlaşmış ulduzlararası hidrogenin nəhəng bölgəsinin mərkəzində yerləşir.

1979-cu ildə Avropa Cənubi Rəsədxanasının 3,6 m teleskopu (ACR) sayəsində R136-nı üç komponentə bölmək üçün istifadə edildi: R136a, R136b və R136c. R136a-nın dəqiq təbiəti aydın deyil və intensiv müzakirə mövzusudur. Qiymətləndirilməyə görə bu mərkəzi regionda təqribən 100 dənə "O-sinif ulduzları" daha çox ehtimal olunan İzahın Günəşin kütləsindən 3000 dəfə çox olan bir ulduz olduğu fərziyyəsinə səbəb oldu.

Məsafə R136a1 təqribən yer kürəsindən 50 kiloparsek və yaxud 163 000 işıq ilindədir

İstinadlar