Səssiz yer 2 () — Con Krasinskinin rejissorluğu ilə çəkilmiş Amerika istehsalı olan postapokaliptik qorxu filmi. Baş rollarda Emili Blant, Millisent Simmonds, Noa Cup və Killian Mörfi çəkilmişdirlər. Filmin premyerası 2020-ci il martın 8-də Nyu-Yorkda baş tutmuşdur. Filmin kinoteatrlarda nümayişi 2020-ci ilin martına planlaşdırılmışdı, lakin COVID-19 pandemiyasına görə əvvəlcə 17 sentyabr 2020-ci ilə, daha sonra isə 2021-ci ilin mayına təxirə salınmışdır.
Süjet xətti
Yadplanetlilərin Yerə hücumundan 474 gün sonra dünyayanın hər yerinə səsə hücum edən yırtıcı məxluqlar hökmranlıq edir. Bəşəriyyətin çoxu məhv olub, sağ qalanlar isə lal-dinməz şəkildə, məhdud resurslar şəraitində həyatda qalmağa çalışır. Ailə başçılarını itirmiş Ebbot ailəsi uzun aradan sonra ilk dəfə evlərini tərk edib yeni, daha təhlükəsiz sığınacaq axtarışına yollanırlar. Yolda onları növbəti kosmik yırtıcının hücumundan köhnə ailə dostları Emmet xilas edir. O post-apokaliptik dövrdə iki oğlunu və sevgili həyat yoldaşını itirib. Ailə onun sığınacağa çevirdiyi zavoda yerləşdiyi əsnada, Ebbotların böyük övladı – anadangəlmə eşitmə qüsurlu Reqan radiostansiya axtarışı ilə oradan qaçır. Anası Evilin südəmər uşağını qoyub gedə bilmədiyi üçün Emmetə hər vəchlə qızını geri qaytarmağı tapşırır...
Rollarda
Marketinq
2020-ci il yanvarın 1-də filmin 2 dəqiqə 37 saniyəlik ilk tam treyleri təqdim olunmuşdur.
Yanvarın 31-də ikinci treyler, fevralın 3-də isə "Super Bowl" zamanı 30 saniyəlik reklam çarxı nümayiş etdirilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2020-ci ilin elmi fantastika qorxu filmləri Kateqoriya:2020-ci illərin bədheybət filmləri Kateqoriya:ABŞ-nin postapokaliptik filmləri Kateqoriya:2020-ci illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin elmi-fantastika qorxu filmləri Kateqoriya:ABŞ-nin bədheybət filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:Platinum Dunes filmləri Kateqoriya:Rejissor Con Krasinskinin filmləri Kateqoriya:Ssenari müəllifi Con Krasinski olan filmlər Kateqoriya:Endrü Formun prodüseri olduğu filmlər Kateqoriya:Bredli Fullerin prodüseri olduğu filmlər Kateqoriya:Maykl Beyin prodüseri olduğu filmlər Kateqoriya:Bəstəkar Marko Beltraminin filmləri Kateqoriya:COVID-19 pandemiyasına görə çıxarılması təxirə salınmış filmlər Kateqoriya:Amerikan jest dilində filmlər Kateqoriya:2020-ci il haqqında filmlər Kateqoriya:2021-ci il haqqında filmlər Kateqoriya:Karlar haqqında filmlər Kateqoriya:Yadplanetlilərin hücumu haqqında filmlər Kateqoriya:2020-ci ilin filmləri Kateqoriya:2020-ci illərin ABŞ filmləri Kateqoriya:Qazamatlar haqqında filmlər Kateqoriya:Baffaloda çəkilmiş filmlər Kateqoriya:2020-ci ilin qorxu filmləri Kateqoriya:Con Krasinskinin prodüseri olduğu filmlər Kateqoriya:Konnektikutda çəkilmiş filmlər Kateqoriya:Nyu-York ştatı haqqında filmlər Kateqoriya:Nyu-York ştatında çəkilmiş filmlər Kateqoriya:IMAX filmləri Kateqoriya:İngilis dilində elmi-fantastika qorxu filmləri Kateqoriya:Hudson vadisində çəkilmiş filmlər Kateqoriya:Hudson vadisi haqqında filmlər Kateqoriya:2020-ci ilin ABŞ filmləri Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Dram filmləri