Əbu Həfs Əhməd ibn Həfs ibn əz-Zibriqən əl-İcli əl-Buxari (; ) — Buxaranın islamlaşmasına mühüm təsiri olmuş Hənəfi fəqih.

Bioqrafiyası Həyatı haqqındakı məlumatlar olduqca azdırdır. Bənu İcl qəbiləsinə mənsubdur. Hicri 150-ci (767) ildə dünyaya gəlmiş, hicri 217-ci (832) ildə vəfat etmişdir.

O, Məhəmməd ibn Həsən əş-Şeybaninin ən qabaqcıl tələbələrindən və kitablarının əsas rəvayətçilərindən biridir. O, müəllimi əş-Şeybani vasitəsilə miras aldığı Əbu Hənifə və onun ətrafına aid elmi irsi Buxaraya gətirən və Buxarada həmin irs üzərində qurulan Hənəfi yanaşmasının banisidir. Onun Hənəfi fiqh silsiləsindəki yeri belədir:

Əbu Hənifə – Məhəmməd ibn Həsən əş-Şeybani – Əbu Həfs əl-Kəbir – Əbu Həfs əs-Sağir (oğlu) – Abdullah ibn Məhəmməd əs-Səbəzmuni (tələbəsi) – Məhəmməd ibn Fəzl əl-Buxari.

Həmçinin bax

Hənəfilərin siyahısı

İstinadlar

Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hənəfilər