İş-Çel (mayya. Ixchéel) — mayya mifologiyasında doğuş və şəfa ilahəsi.
Haqqında Adının mənası "Göyqurşağı xanımı"dır. Saçları ilan olan yaşlı bir qadın görkəmində təsvir edilir. Bəzi mənbələrdə İtsamnanın həyat yoldaşı olduğu qeyd edilib.
XVI əsrdə Yukatanda İş-Çel kultu olduqca populyar idi. Kosumel adasında onun şərəfinə məbəd də tikilmişdir.
Həmçinin bax
İştlilton
İstinadlar
Kateqoriya:Mamalıq Kateqoriya: Tibb və sağlamlıq ilahları Kateqoriya:Məhsuldarlıq ilahələri Kateqoriya:Tibb və sağlamlıq ilahələri