Əbu Malik əl-Haris ibn Əbu Dirar ibn Həbib əl-Xuzai (; ) — səhabə, Məhəmməd peyğəmbərin qayınatası.

Bioqrafiyası Bəni-Müstəliq qəbiləsinin başçısı olduğu üçün nisbəsi "Müstəliqi"dir. Bəzi mənbələrdə adı Haris ibn Dirar əl-Xuzai şəklində qeyd olunmuşdur. İbn əl-Əsir bu adda iki səhabənin olduğunu söyləmişdir. Lakin İbn Həcər əl-Əsqəlani isə hər iki adın da bir şəxsə məxsus olduğunu demişdir.

O, hicri 5-ci (627) ildə baş vermiş Müreysi müharibəsində Bəni-Müstəliqə komandanlıq etmişdir. Bu döyüşdə məğlub olduqdan sonra Haris ibn Dirar, İslamı qəbul etmiş və sonra qızını Məhəmmədə ərə vermişdir.

Mənbələrdə Harisin, ömrünün sonlarına doğru hədis rəvayət etdiyi qeyd olunmuşdur.

İstinadlar