Koral Ridc Presviterian kilsəsi () — Florida ştatının Fort-Loderdeyl şəhərində yerləşən və Amerika Presviterian Kilsəsinə məxusu kilsə. Bu kilsə 1960-cı ildə D.Ceyms Kennedi (1930–2007) tərəfindən qurulmuşdur. Kennedi ölümündən qısa müddət əvvələ qədər kilsənin baş pastoru vəzifəsində xidmət etmişdir. Tarixi Kilsənin hazırkı binası 2300 nəfərlik tutuma malikdir və 3 fevral 1974-cü ildə evangelist Billi Qraham tərəfindən təqdis edilmişdir. Kilsə 16 may 1978-ci ildə Amerika Presviterian Kilsəsinə qoşulmuşdur. Koral Ridc 1983-cü ilə qədər "Cənub" kilsəsi adlanan Amerika Birləşmiş Ştatları Presviterian Kilsəsinin üzvü idi. 1978-ci ildən başlayaraq, baş pastor D.Ceyms Kennedi dövründə kilsənin həftəlik ibadətləri "Coral Ridge Hour" adı altında televiziyada yayımlanmış və nəticədə 3 milyondan çox izləyiciyə çatmışdır. Kennedinin ölümündən sonra 2007-ci ildə kilsədən yeni yayımların istehsalı dayandırılsa da, hazırda keçmiş fraqmentlərin və aktual xəbər bölümlərini özünün həftəlik yarım saatlıq televiziya proqramı "Truths That Transform"da yayımlayır.

Kilsə 22 may 1960-cı ildə D.Ceyms Kennedi tərəfindən qurulmuşdur. İlk vaxtlar bazar günləri ibadətlərə 45 nəfərlik icma kirayə olunmuş məktəb binasında baş tuturdu.

Koral Ridc 1960-cı illərdə ABŞ-də ən sürətlə böyüyən Presviterian kilsəsi oldu və 1968-ci ilə qədər üzv sayı 1366-ya çatdı. 1960-cı illərin əvvəllərində tikilən ilk kilsə binasını artıq tuta bilmədiyi üçün, 1970-ci illərin əvvəllərində 2300 nəfərlik yeni ibadət zalının tikintisinə başlanıldı. Bu bina 92 metr hündürlüyündə bir qüllə ilə üstü örtülmüş və müasir üslubda dizayn edilmişdir. 21 dekabr 1973-cü ildə yeni binada ilk ibadətlər keçirildi. Fevral 1974-cü ildə ibadət zalı Billi Qraham tərəfindən rəsmi olaraq təqdis edildi. 1980-ci illərə qədər kilsənin üzv sayı bir neçə min nəfərə çatmışdı. 1970-ci ildə çəkilmiş "Like a Mighty Army" filmi, aktyor Kris Robinsonın Kennedi rolunda çıxış etdiyi və kilsədəki "Evangelism Explosion" hekayəsini təsvir edən bir əsərdir.

İstinadlar

Xarici keçidlər

Coral Ridge Presbyterian Church website LIBERATE website Westminster Academy website Recordings & Sheet Music