və ya — Yaponiya mifologiyasında dənizlər və okeanların kamisi. O, dənizin dibində yerləşən adlı sarayda yaşamışdır. Əfsanələrə görə, Vatatsumi burada axınları və qabarma-çəkilməni idarə edə bildiyi sehrli bir inciyə sahib olmuşdur.
"Nihon şoki" əsərində qeyd olunduğuna görə, Vatatsumi İzanami və İzanaqinin övladı olmuşdur. Sonrakı rəvayətlərdə o, əjdaha tanrısı Ryucin obrazı ilə eyniləşdirilmişdir. Dəniz hökmdarının qızları Niniqi no Mikotonun oğullarına ərə getmişdir. Bu nikah sayəsində Amaterasunun nəslindən olanlar sualtı dünyaya tabe olmaq məcburiyyətində qalmamışdır.
İstinadlar
Kateqoriya:Yaponiya tanrıları Kateqoriya:Şintoizm