Kirsti Luiz Elli (; ) — ABŞ aktrisası, Emmi mükafatı və "Qızıl Qlobus" mükafatı qalibi. Həyatı Kirsti Elli 12 yanvar 1951-ci ildə Kanzas ştatının Viçita şəhərində anadan olub. Aktyorluq karyerasına 1970-ci illərdə başlamış və 1980-ci illərdə ən çox tanınan aktrisalar arasında yer almışdır. O, Universitetdə təhsil alarkən, o, bir müddət modelliklə məşğul olmuşdur. Lakin aktrisa olmaq arzusu onu Los-Ancelesə aparmış və burada 1980-ci illərin əvvəlində aktyorluq sahəsindəki təcrübələrini artırmağa başlamışdır. O, ilk dəfə 1982-ci ildə "Star Trek II: The Wrath of Khan" filmindəki "Savik" rolu ilə tanınmağa başladı. Bu onun karyerasının başlanğıcı oldu və həmçinin onu geniş auditoriyaya tanıdan bir layihə oldu. Elli ən çox "Şən dəstə" (1987-1993) adlı məşhur televiziya serialındakı Rebeka Hov rolu ilə tanınır, həmçinin "Look Who's Talking" (1989) və "Veronica's Closet" (1997-2000) kimi digər layihələrdəki rolları ilə də yadda qalmışdır.
2022-ci ilin may ayında bel ağrısı üçün həkimə müraciət etdikdən sonra Elliyə IV mərhələdə bağırsaq xərçəngi diaqnozu qoyuldu. Florida ştatının Tampa şəhərindəki Moffitt Xərçəng Mərkəzində kimyaterapiyadan keçsədə, 5 dekabr 2022-ci ildə müalicəyə baxmayaraq Elli 72 yaşına bir ay qalmış Florida ştatının Clearvater şəhərindəki evində vəfat edib. İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar