Üzeyir Səyyad oğlu Məmmədov () — Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin VII çağırış deputatı. Azərbaycan ictimai xadimi, siyasətçi.

Həyatı Üzeyir Məmmədov 5 yanvar 1992-ci ildə Babək rayonunun Şıxmahmud kəndində müəllim ailəsində anadan olmuşdur. 1998-ci ildə Babək rayonu Şıxmahmud kənd orta məktəbində I sinfinə daxil olmuş və 2009-cu ildə həmin məktəbi bitirmişdir. 2010-cu ildə Naxçıvan Dövlət Universitetinin Turizm və Otelçilik ixtisasına daxil olmuş, 2014-cü ildə həmin universiteti bitirmişdir. 2014 və 2015-ci illərdə N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Dövlət qulluğu sahəsində fəaliyyət göstərmişdir.

Əmək fəaliyyəti 14 noyabr 2017-ci il tarixindən 14 avqust 2023-cü il tarixinədək Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antihisar və İstehlak Bazarında Nəzarət Dövlət Xidmətində aparıcı məsləhətçi, 15 avqust 2023-cü il tarixindən 23 sentyabr 2024-cü il tarixinədək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərlə iş şöbəsinin müdiri vəzifəsində işləmişdir.

Siyasi fəaliyyəti 2024-cü il 1 sentyabr tarixində keçirilmiş seçkilərin nəticələrinə əsasən, Üzeyir Məmmədov 22 saylı Şıxmahmud seçki dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilib. O, 68,86 faiz səslə digər üç namizəddən üstün nəticə göstərib. Ali Məclisin "Hüquq siyasəti" komitəsinin üzvü, həmçinin İntizam komissiyasının sədri, daha sonra sədr müavini seçilib.

İctimai fəaliyyəti 2016-cı ildən ictimai fəaliyyətlə məşğuldur. Üzeyir Məmmədov 2016-cı ildən ictimai fəaliyyətlə məşğuldur. "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin və "Bir Addım" Regional İnkişaf və Əməkdaşlıq Mərkəzinin həmtəsisçilərindəndir. Türkiyə Respublikasında və Azərbaycanda keçirilən bir sıra beynəlxalq və yerli tədbirlərdə iştirakçı və təşkilatçı kimi çıxış edib.

Ailəsi Ailəlidir, 2 övladı var.

Üzeyir Məmmədov 2016-cı il iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan kapitan Toğrul Məmmədovun qardaşıdır. Şəhid zabit Toğrul Məmmədov "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilib.

Həmçinin bax Ali Məclis (Naxçıvan) Naxçıvan Muxtar Respublikası Naxçıvan Ali Məclisinin VII çağırış deputatları

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış deputatları