Leucocarbo melanogenis (Kroze qarabatdağı) — Həmçinin "Cənubi Corciya qarabatdağı" kimi tanınan, Cənubi Atlantik okeanında yerləşən Kroze, Prins-Eduard və Marion adalarına endemik olan dəniz qarabatdağı növü.
Xüsusiyyətləri
Kroze qarabatdağı mavi gözlü qarabatdaqlar qrupunun üzvüdür. Digər qrup üzvlərindən bir qədər fərqli lələk rənginə malikdir və çox xüsusi bir yayılma sahəsinə sahibdir, buna görə də ayrı bir növ kimi tanınır. Kroze qarabatdağının çoxalma lələkləri üst hissələrdə qara rəngdədir, üst qanad örtüklərində yaşıl və ya mavi parıltı var. Baş, üz və boyun qara rəngdədir, qulaqların altında bir qədər ağ rəng var. Orta hesabla qanad aralığı 125 sm, bədən uzunluğu isə 70 sm-dir, erkəklər ümumilikdə bir qədər böyükdür.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Qarabatdaqlar Kateqoriya:Avstraliya quşları Kateqoriya:1860-cı ildə təsvir edilən quşlar Kateqoriya:1860-cı ildə təsvir edilən heyvanlar Kateqoriya:Şablonlar:Wikidata istifadə edən şablonlar