Sofokl () — antik yunan dramaturqu. O, üç böyük yunan faciə yazıçılarından biridir. Digərləri Esxil, Evripid olmuşdur. Sofokl e.ə. 496-cı ildə Afina yaxınlığında Kolonda anadan olmuşdur. Varlı bir ailədən olduğu üçün yaxşı təhsil almış və o dövr üçün mühüm olan musiqi sənətinə də yiyələnmişdir. Sofokl dramaturgiya sahəsinə yeniliklər gətirmiş: xoru ixtisar etmiş; aktyorların əhəmiyyətini artırmış; mükəmməl bədii kompozisiya yaratmışdır. Onun 123 əsəri olduğunu deyirlər. Bunlrdan dövrümüzə tam şəkildə 7 pyes çatmışdır: Tiran Edip, Edip Kolonda, Antiqona, Elektra, Ayaks, Filoktet, Traxinya qadınları. Sonralar İz izləyənlər və Proqona adlı əsərlərdən parçalar tapılmışdır.
Aforizmlər Şübhə insanı yorur. Dünyanı o qədər çəhrayı görən gözlərin, çox keçmədən, qaranlıqdan başqa bir şey görə bilməyəcək. Bilmirəm. Bilmədiyim mövzularda susmağı üstün tuturam. Ən fəlakətli hadisələrdən uğurlu nəticələr doğa bilər.
İstinadlar https://1000kitap.com/yazar/Sophokles/alintilar Kateqoriya:Yunanıstan şairləri Kateqoriya:Qədim Yunanıstan ədəbiyyatı Kateqoriya:Yunan ədəbiyyatı Kateqoriya:Siyasət Kateqoriya:Dramlar Kateqoriya:Sofokl