upright=0.75|alt=a white heart below a white cross on a red rounded rectangle|thumb|Kömək işarəsi. – Yaponiyada görünməyən əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş əlçatanlıq simvolu. Tokio Metropolitan Hökuməti tərəfindən yaradılmış və ilk dəfə 2012-ci ildə təqdim olunmuşdur. 2021-ci ilə qədər Yaponiyanın bütün prefekturaları bu simvolu tətbiq etməyə başlamışdır.
Təsviri Kömək işarəsi Yaponiyada prostat, zehni əlillik, eşitmə və görmə qabiliyyəti problemi və ya xroniki xəstəliklər kimi görünməyən əlilliklərə malik olan və xüsusi qayğıya ehtiyacı olan şəxslər tərəfindən istifadə olunan simvoldur. Simvol qırmızı kvadrat içərisində təsvir olunan ağ xaçdan və yuxarısında yerləşən ağ ürəkdən ibarətdir. Qırmızı rəng və xaç qayğıya ehtiyacı, ürək isə kömək etmək həvəsini bildirir. Kömək işarəsinin yer aldığı etiketlər şəxsin geyimində və ya şəxsi əşyasında taxıla bilər.
Kömək işarəsi olan şəxslərə avtobus və qatarda yer vermək, fövqəladə hallarda təxliyə zamanı onlara kömək göstərmək təşviq olunur. Kömək işarəsi Yaponiya hökuməti tərəfindən pulsuz təqdim olunur. İstifadə olunması üçün əlillik barədə sertifikat və ya başqa sənədlər tələb olunmur.
Tarixi Kömək işarəsi 2012-ci ildə Tokio Metropolitan Hökuməti tərəfindən yaradılmışdır. Tokio Metropolitan Assambleyasının protez oynağa malik olan bir üzvü görünməyən əlliliyi olan şəxslər üçün işarə yaratmağı təklif etmişdir. Tokio hökuməti kömək işarəsi olan etiketləri 2012-ci ilin oktyabrında Toey Oedo xəttində paylamağa başlamışdır. 2013-cü ilin iyulunda proqram genişləmiş, digər Toey metro xətlərini, Nippori-Toneri xəttini, Toden Arakava xəttini və Toey avtobusunu əhatə etmişdir. 2016-cı ilin dekabrında Tokio xəstəxanalarında təqdim olunmağa başlamışdır.
2016-cı ildə Kioto prefekturası kömək işarəsini qəbul etmiş və simvolun yer aldığı müxtəlif cihazları paylamağa başlamışdır. 2017-ci ildə Yay Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq məqsədilə kömək işarəsi Yaponiya Sənaye Standartı kimi qəbul olunmuş və milli status almışdır. Nəticədə, simvol digər prefekturalarda da istifadə ounmağa başlamışdır. 2021-ci ilin oktyabrına qədər Yaponiyanın bütün prefekturaları kömək işarəsindən istifadə etməyə başlamışdır. Hokuriki regionunun sakinləri arasında keçirilmiş bir sorğuda iştirakçıların 80%-i simvolu ayırd edə bildiklərini, 46%-i isə bu simvolu daşıyan şəxs gördüklərini bildirmişdir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiyada əlillik