Sədəqiani evi — Qacarlar dövründə Təbrizdə tikilmiş ev və tarixi abidə. Hazırda Təbriz İslam İncəsənəti Universitetinin bir korpusu kimi fəaliyyət göstərir və tarixi abidə kimi qorunur.

Haqqında Qacarlar dövründə təxminən XIX əsrdə tikilmiş ev əvvəlcə Hacı Cəfər Daiyə məxsus olub. Daha sonra isə Hacı Məhəmməd Sədəqiani tərəfindən alınıb. Evin daxili və xarici həyəti olub. Lakin evin daxili həyəti ərazidə yeni yol salınarkən dağıdılıb. Ümumi sahəsi 7000 kvadrat metr olan evin bir hissəsi 1941-ci ildə Ərteş küçəsi salınarkən dağıdılıb həmin yer küçəyə qatılıb. Pəhləvilər dövrünün sonlarında isə binaya əlavələr edilib.

Sədəqiani evi Təbrizin məşhur ipək tacirlərindən biri olan Hacı Məhəmməd Sədəqianinin yaşayış evi olub. Onun haqqında geniş məlumat yoxdur. Əli, Həsən, Hüseyn və Abdulla adlı 4 oğlu olub. Oğullarından biri Həsən Sədəqiani poçt və teleqraf idarəsində işləyib. Qacarlar dövründə siyasi səbəblərə görə Qəsri Şirin şəhərinə sürgün olunub. Hazırda Sədəqianinin nəslindən olanlar "Sədqiani", "Səddiqian" və "Əbrişəmi" soyadları ilə Təbriz və Tehranda yaşayırlar.

Ev bir müddət 1980-ci illərə qədər məktəb kimi də istifadə olunub. 1984-cü il iyunun 4-də İran-İraq müharibəsi dövründə İraq tərəfindən atılmış raket zərbəsi nəticəsində evin bir hissəsi dağılıb. Sonradan ev bərpa olunub və hazırda Təbriz İslam İncəsənəti Universitetinin bir korpusu kimi fəaliyyət göstərir.

Ev 2003-cü il fevralın 2-də 7498 nömrəsi ilə İranın Milli Abidələr siyahısına əlavə edilib.

Şəkilləri

İstinadlar

Kateqoriya:Təbriz abidələri Kateqoriya:Təbriz muzeyləri Kateqoriya:Azərbaycanın tarixi evləri Kateqoriya:Qacarlar dövründə tikilən abidələr