– Yaponiya manqakası. "Fire Punch" və "Chainsaw Man" manqa seriyalarına, eləcə də, "Look Back" van-şot manqasına görə tanınır.

İlk illəri Tatsuki Fucimoto 10 oktyabr 1992-ci ildə Yaponiyanın Akita prefekturasının Nikaho şəhərində doğulmuşdur. Kiçik yaşlarından etibarən rəsm çəkməyə başlamışdır. Evinin yaxınlığında hazırlıq məktəbi olmadığı üçün nənəsinin və babasının getdiyi rəssamlıq dərslərinə qatılmış və yağlı boya rəssamlığını öyrənmişdir. Nihako Liseyini bitirəndən sonra Yamaquçi şəhərində yerləşən Tohoku İncəsənət və Dizayn Universitetinin Qərb rəssamlığı ixtisası üzrə təhsil almağa başlamış və 2014-cü ildə universitetdən məzun olmuşdur.

Karyerası Tatsuki Fucimotonun ilk təqdim etdiyi işi adlı van-şot manqa olmuşdur. O, bu manqanı 2011-ci ildə "Jump Square" jurnalının aylıq mükafatına göndərmiş və finalçı olmuşdur. Fucimotonun van-şot manqası 10-cu SupremeComic Mükafatına namizəd göstərilmişdir. Növbəti van-şot manqası 2013-cü ildə "Shueisha" nəşriyyatının 3-cü Crown Yeni Gələnlər Mükafatında jürinin xüsusi mükafatına layiq görülmüşdür. Fucimoto həmin il van-şot manqası ilə 5-ci Crown Yeni Gələnlər Mükafatında da bu uğuru təkrarlamış və ikinci dəfə jürinin xüsusi mükafatını qazanmışdır.

Fucimotonun növbəti van-şot manqası 2013-cü ildə Crown Yeni Gələnlər Mükafatında şərəf mükafatını qazanmışdır. Bu manqa 19 aprel 2014-cü ildə "Jump SQ.19" jurnalının 13-cü cildində nəşr olunmuş və Fucimotonun jurnalda nəşr olunmuş ilk işi olmuşdur. Fucimotonun növbəti van-şot manqaları da bu jurnalda nəşr olunmuşdur: 19 iyul 2014-cü ildə jurnalın 14-cü cildində, 19 dekabr 2014-cü ildə jurnalın 17-ci cildində nəşr olunmuşdur. van-şot manqası 4 iyul 2015-ci ildə "Jump Square" jurnalında nəşr olunmuşdur.

Fucimotonun ilk əsas işi və manqa seriyası olan 18 aprel 2016-cı ildən 1 yanvar 2018-ci ilə qədər "Shueisha" nəşriyyatının "Shōnen Jump+" onlayn jurnalında serializasiya olunmuşdur. Manqa seriyasının 8 tankobon cildi buraxılmışdır. 2 may 2018-ci ildə "Shueisha" nəşriyyatının "Jump Square" jurnalında adlı van-şot manqası nəşr olunmuşdur.

Fucimotonun ikinci manqa seriyası manqasının birinci hissəsi 3 dekabr 2018-ci ildən 14 dekabr 2020-ci ilə qədər "Shueisha" nəşriyyatının "Weekly Shōnen Jump" jurnalında serializasiya olunmuşdur. Manqanın ikinci hissəsi 13 iyul 2020-ci ildə "Shueisha" nəşriyyatının "Shōnen Jump+" tətbiqi və saytında serializasiya olunmağa başlamışdır. "Chainsaw Man" Fucimotoya böyük uğur gətirmişdir. O, bu manqaya görə 2021-ci ildən "Ən yaxşı şonen manqası" kateqoriyasında Shogakukan Manqa Mükafatını, 2021–2023-cü illərdə ardıcıl üç dəfə "Ən yaxşı manqa" kateqoriyasında Harvi Mükafatını qazanmışdır.

Fucimoto 19 iyul 2021-ci ildə "Shōnen Jump+" saytında van-şot manqasını yayımlamışdır. Manqa "Shueisha" nəşriyyatı tərəfindən 3 sentyabr 2021-ci ildə tək tankobon cildində buraxılmışdır. Manqa 2022-ci ildə "Kono Manga ga Sugoi!" təlimat kitabçasında kişi oxucular üçün ən yaxşı manqa kimi göstərilmişdir.

Fucimotonun əvvəlki van-şot manqalarının yer aldığı manqa kolleksiyasının "17–21" adlı birinci cildi 3 oktyabrda 2021-ci ildə, "22–26" adlı ikinci cildi 4 noyabr 2021-ci ildə buraxılmışdır. O, 4 noyabr 2021-ci ildə nəşr olunmuş romanının illüstrasiyalarını çəkmişdir.

Fucimoto 11 aprel 2022-ci ildə "Shōnen Jump+" saytında adlı 200 səhifəlik van-şot manqa yayımlamışdır. Manqa "Shueisha" nəşriyyatı tərəfindən 4 iyul 2022-ci ildə tək tankobon cildində buraxılmışdır.

Fucimoto illüstrator Ota Toda ilə birlikdə 4 iyul 2022-ci ildə "Shōnen Jump+" saytında van-şot manqasını yayımlamışdır.

Köməkçisi olmuş manqakalar Yuci Kaku Tatsuya Endo Yukinobu Tatsu

Qeydlər

İstinadlar

Kateqoriya:Akita prefekturasının manqakaları