Zakir Əlibala oğlu Nuriyev () — azərbaycanlı, bankir, Rabitəbank ASC-nin Müşahidə Şurasının sədri, Azərbaycan Banklar Assosiasiyasının prezidenti, DGK yanında İctimai Şuranın sədri. Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti.
Həyatı Zakir Nuriyev 2 oktyabr 1960-cı ildə Kürdəmir rayonunda anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Mühasibat uçotu" fakültəsini bitirmişdir.
Əmək fəaliyyəti Zakir Nuriyev əmək fəaliyyətinə 1981-ci ildə Azərbaycan Respublikası Rabitə Nazirliyinin "Nəzarət-Təftiş" İdarəsində aparıcı mühasib kimi başlamışdır. 1983–1989-cu illərdə həmin idarədə mühasib-revizor, baş təftişçi və baş mühasibin müavini vəzifələrində çalışmışdır. 1989-cu ildən etibarən Rabitə Nazirliyinin "Rayon Rabitəsi" İstehsalat Birliyində "Nəzarət və Mühasibat Uçotu" şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 1993-cü ildə "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədri təyin olunmuş və 1998-ci ilədək bu vəzifəni icra etmişdir. 1998-ci ildən etibarən Bankın Müşahidə Şurasının sədri kimi fəaliyyətini davam etdirir.
İctimai fəaliyyəti 1996-cı ildə Azərbaycan Banklar Assosiasiyasının prezidenti seçilmiş və 2006-cı ilə qədər bu vəzifəni icra etmişdir. 2006–2015-ci illərdə Assosiasiyanın Rəyasət Heyətinin üzvü olmuş, 2015-ci ildən etibarən yenidən qurumun prezidenti seçilmişdir.
2026-cı il 10 mart tarixində DGK yanında İctimai Şuranın sədri seçilib.
Həmçinin bax Rabitəbank Azərbaycan Banklar Assosiasiyası
İstinadlar
Kateqoriya:Azərbaycan bankirləri Kateqoriya:Azərbaycan iqtisadçıları Kateqoriya:Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları