300px|thumb|right|Heydər Əliyev–Alena Əliyeva cütlüyü, 2026

Alena Əliyeva və ya Alyona Əliyeva — Azərbaycan prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın övladı Heydər Əliyevin həyat yoldaşı.

Həyatı 25 noyabr 2022-ci ildə Alena Əliyeva Azərbaycan prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın övladı Heydər Əliyev ilə ailə həyatı qurmuşdur.

Fəaliyyəti 7 fevral 2024-cü ildə Alena Əliyeva prezident ailəsi ilə birlikdə Xankəndidə səs vermişdir. 20 aprel 2025-ci ildə Alena Əliyeva Azərbaycan xristian icmasını Pasxa bayramı münasibətilə təbrik etmişdir.

9 oktyabr 2025-ci ildə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva sosial qayğıya ehtiyacı olan uşaqların "Amburan Beach Club"da əyləncəsini təşkil etmişdir. 17 oktyabr 2025-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikan səfərində, XIV Lev ilə görüşündə Alena Əliyeva Leyla Əliyeva və Arzu Əliyeva ilə birlikdə iştirak etmişdir.

27 dekabr 2025-ci ildə Leyla Əliyeva və Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər. 28 dekabr 2025-ci ildə Zirə Mədəniyyət Mərkəzinin Eko-Park ərazisində yerləşən "Türk Dünyası" rəsm qalereyasında "Rənglərdə yaşanan 10 il" mövzusunda sərgidə Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Alyona Əliyeva "Azərbaycan dili" platforması layihəsinin müəllifi və rəhbəridir.

İstinadlar

Kateqoriya:Əliyevlər Kateqoriya:Azərbaycan xeyriyyəçiləri